• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9591
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Kriminal

Minlərlə saytı sındırıb idarəetmə panellərini satdılar – KMBİ saxladı

07 Avqust, 26 / 19:50
A A

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadə saxlanılıblar.

“Avantaj.media” xəbər verir ki, aşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilələr edərək onların idarəetmə panellərinə icazəsiz giriş əldə ediblər.

Daha sonra məxfi məlumatları ələ keçirən bu şəxslər internet resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə məxsus proqram təminatı yerləşdirərək nəzarətə götürüblər. Bununla da onlar ələ keçirdikləri internet resurslarının idarəetmə panellərinin satışını təşkil ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, R.Feyziyev ümumilikdə 2300, E.Abdullazadə isə 179 xarici veb-sayta qanunsuz müdaxilə edərək həmin internet resurslarını ələ keçiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, kiberpolis tərəfindən müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, informasiya sistemlərinə qanunsuz müdaxilə etmək, onları ələ keçirmək və ya satışını həyata keçirmək cinayət əməlidir. Bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslər həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar. Rəqəmsal mühitdə anonim qalacaqlarını düşünən şəxslər müasir istintaq və kiberkriminalistik imkanlar sayəsində müəyyən edilərək qanun qarşısında cavab verməyə məcbur olurlar. Unutmaq olmaz ki, yüksək texniki bilik və bacarıqlar yalnız qanuni məqsədlərə, cəmiyyətin, dövlətin və informasiya təhlükəsizliyinin qorunmasına xidmət etməlidir.

 

Bənzər Xəbərlər

Kriminal

17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

Avqust 7, 2026
Kriminal

Dalaşan gəncləri ayırarkən öldürülən Azərin – Fotosu

Avqust 6, 2026
Kriminal

Ağstafada mağaza sahibi müştərini ürəyindən bıçaqladı

Avqust 6, 2026
Kriminal

Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Avqust 5, 2026
Kriminal

14 yaşlı yeniyetməyə kəsici-deşici alətlə xəsarət yetirildi – Araşdırma aparılır

Avqust 3, 2026
Kriminal

Daha bir tiktoker həbs edildi

Avqust 1, 2026

XƏBƏR LENTİ

"Ağ kağıza qol çəkdirib,maaş verirdilər" - ŞAMFİ MMC" ilə bağlı şok İDDİA..

07 Avqust, 26 / 20:23

17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07 Avqust, 26 / 20:13

“Bu müqavilə heç bir ölkəyə qarşı yönəlməyib” – Ərdoğan

07 Avqust, 26 / 20:11

Oyuncaq kolleksiyası yığan məşhurlar , uşaqlıq sevgisini illərlə yaşadan ulduzlar

07 Avqust, 26 / 20:07

Xalçaların sirli dünyası , minillik ənənəni yaşadan sənət

07 Avqust, 26 / 20:05

Milçəklər haqqında bilmədiklərimiz , kiçik ölçülü , amma maraqlı canlılar

07 Avqust, 26 / 20:03

Mobil oyunlar , əyləncədən milyardlarla dollarlıq sənayeyə çevrilən dünya

07 Avqust, 26 / 20:02

Yayda işlənilə biləcək işlər , tələbə və gənclər üçün qazanc imkanları

07 Avqust, 26 / 20:00

Minlərlə saytı sındırıb idarəetmə panellərini satdılar – KMBİ saxladı

07 Avqust, 26 / 19:50

Yay istisində qida zəhərlənməsi riski artır: Hansı məhsullara diqqət etmək lazımdır ?

07 Avqust, 26 / 19:45
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.