• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9528
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Kriminal

Bakıda yeniyetmənin müəmmalı ölümündə “Roblox” izi – Baş Prokurorluqdan çağırış

14 Sentyabr, 26 / 19:56
A A

Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Avantaj.media  xəbər verir ki, bu barədə Baş Prokurorluq valideynlərə çağırış edib.

İlkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib.

Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin “Roblox” oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub.

Hadisənin bütün səbəb və halları, o cümlədən yeniyetmənin istifadə etdiyi elektron qurğular vasitəsilə daxil olduğu internet resursları, qarşılaşdığı məzmunun xarakteri və həmin məzmunun onun psixoloji vəziyyətinə və davranışına mümkün təsiri yoxlanılır.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Baş Prokurorluq bu hadisəni uşaqların internet məkanı və sosial şəbəkələrdə qarşılaşa biləcəyi təhlükələrə, xüsusilə onların psixoloji vəziyyətinə və davranışlarına mənfi təsir göstərə bilən məzmun və çağırışlara qarşı diqqətin artırılmasının vacibliyini göstərən ciddi hal kimi qiymətləndirir.

Valideynlər tərəfindən uşaqların internet və sosial platformalardan istifadəsinə xüsusi həssaslıqla yanaşılması, onların istifadə etdikləri elektron qurğulara, platformalara və daxil olduqları məzmuna nəzarəti gücləndirilməsi, elektron qurğuların təhlükəsizlik imkanlarından istifadə etməklə uşaqların onlayn fəaliyyətinin izlənilməsi vacibdir.

Eyni zamanda, uşaqların davranışında və gündəlik vərdişlərində baş verən dəyişikliklərə diqqət yetirilməsi, onları narahat edən və ya təsir altında saxlayan məzmun və çağırışların vaxtında müəyyənləşdirilməsi, belə hallarda uşaqlarla açıq və etibarlı ünsiyyət qurulması mühüm əhəmiyyət daşıyır.

Valideynlər nəzərə almalıdırlar ki, internet və sosial şəbəkələrdə hər bir məzmun zərərsiz və əyləncə xarakteri daşımır. Yaş həddinə uyğun olmayan, psixoloji təsir göstərən və təhlükəli davranışlara sövq edə bilən məzmunlar uşaqlar üçün ciddi həyati risk yarada bilər. Bu səbəbdən onların virtual mühitdə təhlükəsizliyinin təmin edilməsi valideyn nəzarəti, diqqətli müşahidə və davamlı ünsiyyətlə müşayiət olunmalıdır.

Baş Prokurorluq valideynləri və cəmiyyətin bütün üzvlərini uşaqların virtual mühitdə təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa, onları zərərli məzmun və təsirlərdən qorumaq üçün zəruri tədbirləri vaxtında görməyə çağırır.

Bənzər Xəbərlər

Kriminal

DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi, 10 nəfər saxlanıldı – VİDEO

Sentyabr 18, 2026
Kriminal

Marketdən 114 şokolad oğurladı , həbs olundu

Sentyabr 17, 2026
Kriminal

Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş – Detallar

Sentyabr 17, 2026
Kriminal

Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü

Sentyabr 16, 2026
Kriminal

DTX-nin saxladığı “Çevik” ləqəbli Məqsəd Bağırov həbs edildi

Sentyabr 14, 2026
Kriminal

Şirvanda oğurluq edən şəxs saxlanılıb

Sentyabr 12, 2026

XƏBƏR LENTİ

DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi, 10 nəfər saxlanıldı – VİDEO

18 Sentyabr, 26 / 16:45

Şiddətli yağışlarla bağlı xəbərdarlıq – DİQQƏT

18 Sentyabr, 26 / 6:31

Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi: “Bir aydır gördüyüm işin pulunu ala bilmirəm”

17 Sentyabr, 26 / 13:13

Qasırğa necə yaranır ? Saatda yüzlərlə kilometr sürətlə hərəkət edən nəhəng fırtınanın sirri

17 Sentyabr, 26 / 8:09

Pepsi haqqında bilmədikləriniz: Dərmandan dünya markasına çevrilən içkinin maraqlı tarixi

17 Sentyabr, 26 / 8:07

Betonu kim kəşf edib ? Min illərdir istifadə olunan tikinti materialının maraqlı tarixi

17 Sentyabr, 26 / 8:04

Həyətinizdə bu ağacları əksəniz, həm eviniz, həm də sağlamlığınız üçün faydalı ola bilər

17 Sentyabr, 26 / 8:02

Qorxduğumuz həqiqətən başımıza gəlir ? Beynimizin qorxu ilə bağlı maraqlı oyunu

17 Sentyabr, 26 / 8:01

Marketdən 114 şokolad oğurladı , həbs olundu

17 Sentyabr, 26 / 7:59

Balaəli Xosrov Maştağalıya butulka atıb ? – Dostundan açıqlama

17 Sentyabr, 26 / 7:57
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.