Avantaj.media 2026-cı ildə təsis edilmiş xəbər və informasiya portalıdır. Saytın əsas məqsədi oxuculara operativ, dəqiq, obyektiv və etibarlı məlumatların çatdırılmasını təmin etməkdir.
Avantaj.media ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial, iqtisadi, hüquqi, texnoloji, mədəni və digər əhəmiyyətli hadisələri işıqlandıraraq cəmiyyətin məlumatlandırılmasına xidmət edir. Portal həmçinin araşdırmalar, müsahibələr, reportajlar və analitik yazılar vasitəsilə oxuculara dolğun informasiya təqdim etməyi hədəfləyir.
Xəbər portalı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində rəsmi qeydiyyatdan keçmiş media subyektidir və fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirir.
Avantaj.media peşəkar jurnalistika prinsiplərinə sadiq qalaraq informasiya dəqiqliyinə, operativliyə və ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılmasına xüsusi önəm verir. Portalın fəaliyyətinin əsas prioriteti oxucuların etibarlı məlumat əldə etməsinə töhfə verməkdir.
Təsisçi: Emil Müzəffərli









