ABŞ-də Demokratlar və Respublikaçılar partiyaları arasında keçirilən Konqresə aralıq seçkilərin ilkin nəticələri məlum olub.
Avantaj.media xarici KİV-ə istinadən xəbər verir ki, Demokratlar Partiyası seçki yarışında böyük qələbə qazanaraq liderliyi ələ keçirib.
Məlumata görə, builki seçkilərdə ABŞ vətəndaşları yüksək fəallıq nümayiş etdiriblər; belə ki, 59 milyondan çox amerikalı rəsmi səsvermə günündən əvvəl erkən səsvermə hüququndan istifadə edib.
2026-cı il aralıq Konqres seçkilərinin ilkin hesabatlarına əsasən, Nümayəndələr Palatasında yerlərin bölgüsü aşağıdakı ciddi fərqlə davam edir:
Demokratlar: 143 yer
Respublikaçılar: 86 yer
Hazırda Demokratlar Palatadakı üstünlüklərini qorumaqdadırlar.
Konqresin yuxarı palatası olan Senatda da yerlərin bölgüsü böyük ölçüdə müəyyənləşib. Son proqnozlara görə, Demokratların 51, Respublikaçıların isə 39 yer qazanacağı gözlənilir. Bu nəticələrə əsasən, Demokratlar Senatda tələb olunan çoxluğu (51 yer) təmin edərək, yuxarı palatanın nəzarətini Respublikaçılardan geri almağı bacarıblar.
Seçki prosesini Ağ Evdən izləyən ABŞ Prezidenti Donald Tramp partiyasının (Respublikaçılar) məğlubiyyətinə münasibət bildirib. Özünəməxsus üslubda açıqlama verən Tramp, bülletenlərdə öz adının olmadığına diqqət çəkib:
“Mən seçki bülletenində yox idim; əgər olsaydım, biz böyük fərqlə qalib gəlrdik”.
Buna baxmayaraq, ABŞ Prezidenti Demokratların üstünlük təşkil etdiyi yeni siyasi mənzərəni və seçki nəticələrini qəbul etdiyini, müxalifətlə birgə işləməyə hazır olduğunu bəyan edib:
“Onlarla işləməyi səbirsizliklə gözləyirəm. Yəqin ki, ölkənin gələcəyi üçün birlikdə işləmək adına ortaq bir həll yolu tapacağıq”.
















