• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
10.4° Weather Columbus
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“Azərlotoreya” müştərinin uduşunu vermədi – Məhkəməlik oldu

05 Noyabr, 26 / 11:34
A A

Bakı Apellyasiya Məhkəməsində “Azərlotoreya” ASC-yə qarşı pul tələbinə dair iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

“Avantaj.media” xəbər verir ki,bu barədə e-huquq.az-a iddiaçının vəkili Fərid Qasımov məlumat verib.

Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs mərc oyununda qalib gələrək pul mükafatı qazansa da, şirkət uduş məbləğini ona ödəməyib.

“İşin hallarına görə, Əli Mustafayev cavabdeh “Azərlotoreya” ASC-nin “Misli.az” mərc oyunları səhifəsində üzv olaraq qeydiyyatdan keçərək özünə şəxsi hesab açıb. 18.02.2026-cı il tarixdə “Qarabağ-Nyukasl Yunayted” oyunu üzrə oyunun 1-ci hissəsində 2.5 ÜST – yəni hansı komandanın qol vurmasından asılı olmayaraq oyunun birinci hissəsində 2 topdan yuxarı qol olacağını qeyd edərək 150 manat pul mərcə qoyub. Həmin oyun üzrə oyun gələrsə, 150 manat qoyulan məbləğə 226,5 manat pul gələcəyi, yəni 76,5 manat qazanc gələcəyi qeyd olunub. Oyunun 1-ci hissəsində 5 top vurulub və iddiaçı isə 2 topdan yuxarı qol vurulacağını qeyd etdiyi üçün kupon uduşlu sayılıb. Lakin oyunun birinci hissəsi bitdikdən sonra kupon üzrə 226,5 manat qazanc gəlmək əvəzinə, iddiaçının həmin oyuna yatırdığı 150 manat pul qayıdıb, uduş məbləği isə iddiaçıya verilməyib.

İddiaçı bu barədə “Misli.az”ın qaynar xətti ilə əlaqə saxlayıb, lakin onun kuponunun səhvən qəbul edildiyi, əslində isə həmin anda kupon qəbul edilmədiyi qeyd olunaraq, iddiaçıya ödənilməli olacaq 76,5 manat pul cavabdeh tərəfindən ödənilməyib. İddiaçı həmin vaxt mənəvi sarsıntı keçirib. Bu səbəbdən o, məhkəməyə müraciət edərək kupon üzrə ödənilməmiş 76,5 manat, 500 manat mənəvi zərər, 350 manat vəkil xərci, 20 manat vəkilin nümayəndə olaraq məhkəmədə iştirak etməsi üçün etibarnamə xərci, 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 976,5 manat cavabdehdən tutularaq ona ödənilməsini xahiş edib. “Misli.az” isə bildirib ki, iddiaçı VAR yoxlaması zamanı yaranmış texniki xətadan istifadə edərək mərc edib, şirkət isə müqaviləyə və qanunvericiliyə uyğun hərəkət edərək mərc məbləğini geri qaytarıb. Buna görə də iddianın təmin edilməməsini istəyib”, – deyə vəkil qeyd edib.

F.Qasımov deyib ki, Nəsimi Rayon Məhkəməsi Ə.Mustafayevin iddiasını təmin etməyib. Bundan sonra, o, apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək yeni qətnamə çıxarıb, iddia qismən təmin edilib.

“Məhkəmənin qərarına əsasən, iddiaçının tələb etdiyi 76,50 manat məbləğində ödənilməmiş uduşun tam həcmdə tutulması təmin olunub. Bununla yanaşı, iş üzrə çəkilmiş məhkəmə xərclərinin və vəkil xidmətinə görə xərclərin də ödənilməsi təmin edilib. İddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbi isə təmin edilməyib”, – deyə F.Qasımov qeyd edib.

Bənzər Xəbərlər

Gündəm

Özünü vəkil kimi təqdim edərək xanım biznesmenin on minlərlə manatını ələ keçirdi? – SENSASİON İDDİA !

Noyabr 5, 2026
Gündəm

Ramiz Mehdiyevin evindən tapılan sənədi qızı da oxuyub – İfadəsində nələri açıqladı ?

Noyabr 3, 2026
Gündəm

Kosmetoloq fəaliyyəti ilə bağlı ciddi suallar: Günel Babayevanın tibbi sənədləri varmı ?

Noyabr 3, 2026
Gündəm

İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi

Oktyabr 22, 2026
Gündəm

Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…

Oktyabr 20, 2026
Gündəm

32 vətəndaşımız Almaniyadan geri qaytarıldı

Oktyabr 14, 2026

XƏBƏR LENTİ

Məşhur Xanəndənin həyat yoldaşı narkotik istifadəçisi kimi həbs edildi 

06 Noyabr, 26 / 8:12

Şuşa Kuboku – İdmanın gücü , vətənpərvərliyin ruhu , gələcəyin çempionları

06 Noyabr, 26 / 8:08

Şəkidə qəza : İki nəfər xəsarət aldı

05 Noyabr, 26 / 23:59

Sabah Yasamal və Nizami rayonlarında işıq olmayacaq

05 Noyabr, 26 / 23:58

Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib

05 Noyabr, 26 / 23:57

Qobustanda 5 AAYDA əməkdaşı göbələkdən zəhərləndi

05 Noyabr, 26 / 23:55

Minlərlə təyyarə səhralarda niyə saxlanılır ? Aviasiyanın görünməyən nəhəng dayanacaqları

05 Noyabr, 26 / 23:52

Tərk edilmiş tunellər kənd təsərrüfatı obyektinə çevrilir - İLGİNC..

05 Noyabr, 26 / 23:50

Okeanın dibindəki sərvət uğrunda mübarizə: Dərin dəniz mədənçiliyi nə ilə nəticələnə bilər ?

05 Noyabr, 26 / 23:45

Köhnə telefon və kompüterlər hara gedir ? Elektron tullantıların gizli təhlükəsi

05 Noyabr, 26 / 23:43
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.