• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
10.4° Weather Columbus
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Özəl

“Kontakt Home” əməkdaşının istehsalat xəsarəti ilə bağlı şikayəti: Ağır soyuducu qaldırarkən xəsarət aldığını, daha sonra işdən azad edildiyini iddia edir

05 Noyabr, 26 / 20:05
A A

“Kontakt Home” əməkdaşının istehsalat xəsarəti ilə bağlı şikayəti: Ağır soyuducu qaldırarkən xəsarət aldığını, daha sonra işdən azad edildiyini iddia edir

Avantaj.media-nın redaksiyasına Kərimov Novruz Nəsimi oğlu tərəfindən şikayət daxil olub.

Şikayətçi müraciətində bildirib ki, o, “Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyətini həyata keçirən ABC Telecom müəssisəsində çatdırılma xidmətində fəhlə vəzifəsində rəsmi olaraq çalışıb.

Novruz Kərimovun sözlərinə görə, 2 Sentyabr 2026-cı il tarixində birbaşa xidməti tapşırığın icrası zamanı ağır istehsalat xəsarəti alıb. Belə ki, şirkətin marşrut vərəqəsi və çatdırılma tapşırığı əsasında Etibar Bəkirli küçəsi 240, mənzil 9 ünvanına çəkisi 120 kiloqramdan artıq olan soyuducunun çatdırılması həyata keçirilib. Şikayətçi iddia edir ki, xüsusi texniki avadanlıq olmadan ağır soyuducunu beşinci mərtəbəyə qaldırarkən qarın divarında ciddi zədələnmə və ağır yırtıq (herniya) yaranıb.

Onun bildirdiyinə görə, hadisədən sonra daxili ağrıları başlayıb, lakin ağrılar günbəgün artdığı üçün təxminən 15 gün sonra həkimə müraciət etmək məcburiyyətində qalıb. Tibbi müayinə zamanı qarın divarında ağır yırtıq diaqnozu qoyulub. Şikayətçi xəsarətin məhz iş prosesində ağır yük qaldırılması nəticəsində yarandığını təsdiqləyən tibbi sənədlərin və əmək qabiliyyətsizliyi vərəqəsinin olduğunu bildirir.

Novruz Kərimov iddia edir ki, baş verən hadisə barədə müəssisə rəhbərliyinə məlumat versə də, istehsalatda bədbəxt hadisənin araşdırılması və rəsmiləşdirilməsi istiqamətində qanunvericiliyin tələb etdiyi tədbirlər görülməyib. Onun sözlərinə görə, hadisə aidiyyəti qurumlardan gizlədilib, xüsusi təhqiqat komissiyası yaradılmayıb və İZ formalı aktın tərtib olunması təmin edilməyib.

Şikayətçinin iddiasına əsasən, o, hadisənin iş yerində baş vermədiyini bildirməsi üçün rəhbərlik tərəfindən təzyiqlə də üzləşib. Hətta ona “Sübutun var?” sualının ünvanlandığını bildirən Kərimov həmin danışıqlara dair səs yazısının da mövcud olduğunu qeyd edir.

Müraciətdə diqqət çəkən digər məqam isə şikayətçinin istehsalat xəsarəti almasından sonra işdən azad edildiyini iddia etməsidir. O, başına gələn hadisədən sonra həm səhhətində ciddi problemlərlə üzləşdiyini, həm də əmək münasibətlərinə xitam verildiyini bildirir.

Kərimov Novruz Nəsimi oğlu hesab edir ki, onun əmək hüquqları pozulub və istehsalat xəsarətinin qanunvericiliyə uyğun araşdırılmaması nəticəsində hüquqi müdafiəsiz vəziyyətdə qalıb. O, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının müdaxiləsini və hadisənin obyektiv araşdırılmasını istəyir.

Qeyd edək ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən, işəgötürən işçilərin əməyin mühafizəsini təmin etməli, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirməlidir.

Avantaj.media olaraq məsələ ilə bağlı ABC Telecom (“Kontakt Home”) rəhbərliyinin mövqeyini öyrənməyə çalışacağıq. Şikayətdə səsləndirilən iddiaların nə dərəcədə əsaslı olduğunu, hadisənin niyə istehsalat xəsarəti kimi rəsmiləşdirilmədiyini və əməkdaşın hansı əsasla işdən azad edildiyini araşdıracağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Araşdırmamız davam edir.

 

Bənzər Xəbərlər

Özəl

Məşhur Xanəndənin həyat yoldaşı narkotik istifadəçisi kimi həbs edildi 

Noyabr 6, 2026
Özəl

Minlərlə təyyarə səhralarda niyə saxlanılır ? Aviasiyanın görünməyən nəhəng dayanacaqları

Noyabr 5, 2026
Özəl

Tərk edilmiş tunellər kənd təsərrüfatı obyektinə çevrilir - İLGİNC..

Noyabr 5, 2026
Özəl

Okeanın dibindəki sərvət uğrunda mübarizə: Dərin dəniz mədənçiliyi nə ilə nəticələnə bilər ?

Noyabr 5, 2026
Özəl

Köhnə telefon və kompüterlər hara gedir ? Elektron tullantıların gizli təhlükəsi

Noyabr 5, 2026
Özəl

Vulkan püskürərkən göydə ildırım necə yaranır ? Təbiətin ən qeyri-adi hadisələrindən biri

Noyabr 5, 2026

XƏBƏR LENTİ

Məşhur Xanəndənin həyat yoldaşı narkotik istifadəçisi kimi həbs edildi 

06 Noyabr, 26 / 8:12

Şuşa Kuboku – İdmanın gücü , vətənpərvərliyin ruhu , gələcəyin çempionları

06 Noyabr, 26 / 8:08

Şəkidə qəza : İki nəfər xəsarət aldı

05 Noyabr, 26 / 23:59

Sabah Yasamal və Nizami rayonlarında işıq olmayacaq

05 Noyabr, 26 / 23:58

Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib

05 Noyabr, 26 / 23:57

Qobustanda 5 AAYDA əməkdaşı göbələkdən zəhərləndi

05 Noyabr, 26 / 23:55

Minlərlə təyyarə səhralarda niyə saxlanılır ? Aviasiyanın görünməyən nəhəng dayanacaqları

05 Noyabr, 26 / 23:52

Tərk edilmiş tunellər kənd təsərrüfatı obyektinə çevrilir - İLGİNC..

05 Noyabr, 26 / 23:50

Okeanın dibindəki sərvət uğrunda mübarizə: Dərin dəniz mədənçiliyi nə ilə nəticələnə bilər ?

05 Noyabr, 26 / 23:45

Köhnə telefon və kompüterlər hara gedir ? Elektron tullantıların gizli təhlükəsi

05 Noyabr, 26 / 23:43
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.