Avantaj.media-nın araşdırmasına göre, püskürmələri zamanı müşahidə edilən ən maraqlı hadisələrdən biri vulkan ildırımıdır. Bu zaman vulkandan havaya atılan kül və digər hissəciklərin arasında elektrik boşalmaları baş verir.
Vulkan püskürməsi zamanı böyük miqdarda qaz, kül, toz və qaya parçaları yüksək sürətlə atmosferə yayılır. Bu hissəciklər bir-biri ilə toqquşduqda elektrik yüklərinin ayrılması baş verə bilər.
Elektrik yükləri arasında kifayət qədər fərq yarandıqda atmosferdə ildırım boşalması meydana gəlir. Nəticədə vulkanın üzərində adi tufan zamanı müşahidə edilən ildırımlara bənzər parıltılar görünür.
Vulkan ildırımı hər püskürmə zamanı baş vermir. Onun yaranması püskürmənin xüsusiyyətlərindən, kül hissəciklərinin miqdarından və atmosfer şəraitindən asılıdır.
Bu hadisənin öyrənilməsi vulkan püskürmələrinin fiziki xüsusiyyətlərini anlamağa kömək edir. Eyni zamanda, vulkan ərazilərində aparılan təhlükəsizlik tədbirlə. ahidələrin və əhəmiyyətini artırır
















