• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
35° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Sosial

“4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb”

30 İyun, 26 / 21:32
A A

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger ilə görüşüb.

“Avantaj.media” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə ICMP arasında əməkdaşlıq gündəliyi, münaqişədən sonrakı dövrdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyət, habelə bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 4 minə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını diqqətə çatdıraraq, itkin düşmüş şəxslər məsələsinin Azərbaycan üçün prioritet humanitar istiqamətlərdən biri olduğunu vurğulayıb. Bu çərçivədə Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri, basdırılma faktları və mina xəritələri ilə bağlı mövcud məlumatların tam şəkildə təqdim edilməsinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Tərəflər Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair Saziş layihəsində itkin düşmüş şəxslər məsələsinə dair müddəanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu istiqamətdə etimadın qurulması və humanitar nəticələrin aradan qaldırılması üçün praktiki addımların vacibliyini qeyd ediblər.

Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında formalaşmış faydalı tərəfdaşlıq yüksək qiymətləndirilərək, bu əməkdaşlığın itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, identifikasiya imkanlarının gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin 44 günlük Vətən müharibəsindən sonra humanitar öhdəliklərinə sadiq qalaraq, mürəkkəb təhlükəsizlik şəraitinə və mina təhlükəsinə baxmayaraq genişmiqyaslı axtarış işləri həyata keçirdiyini, aşkarlanmış 2 mindən artıq erməni hərbçisinin cəsədini qarşı tərəfə təhvil verdiyini diqqətə çatdırıb. Bu addım Azərbaycanın beynəlxalq humanitar hüquqa hörmətinin və humanitar məsələlərdə konstruktiv yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilib.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkar olunan kütləvi məzarlıqlar, aparılan ekshumasiya və identifikasiya işləri, habelə aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər və ICMP-nin digər ölkələrdə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Bənzər Xəbərlər

Sosial

Xanım Yadigarlı istefa verdi

İyul 1, 2026
Sosial

WhatsApp istifadəçilərə telefon nömrəsi əvəzinə istifadəçi adı ilə əlaqə yaratmaq imkanı verəcək

İyun 30, 2026
Sosial

AQTA 88 özəl bağçada nöqsanlar aşkarladı

İyun 30, 2026
Sosial

Nazir onu idarə rəisi təyin etdi

İyun 30, 2026
Sosial

33° isti… – İyulun ilk gününün havası

İyun 30, 2026
Sosial

Daha 6 itkin-şəhid dəfn olunacaq

İyun 30, 2026

XƏBƏR LENTİ

Bədəniniz sizə kömək üçün yalvarır , görməzlikdən gəldiyimiz təhlükəli siqnallar

01 İyul, 26 / 22:32

6 min ton ev quşu isti hava səbəbindən tələf oldu

01 İyul, 26 / 22:24

Yox olan qədim peşələr , keçmişin unudulan rəngləri

01 İyul, 26 / 22:15

Millimiz Tacikistana qalib gəldi

01 İyul, 26 / 22:05

ABŞ Bosniya və Herseqovina ilə üz-üzə gələcək

01 İyul, 26 / 21:50

Samuxda yük maşını çaya aşdı – Ölən var

01 İyul, 26 / 21:43

Xanım Yadigarlı istefa verdi

01 İyul, 26 / 21:34

Musiqi terepiyası , Alqoritmlər ruhumuzu necə sakitləşdirir ?

01 İyul, 26 / 21:30

İyunda ən çox yağıntı bu zonaya düşüb

01 İyul, 26 / 21:19

“Cənub Qaz Dəhlizi “bizim birgə fəaliyyətimizin nəticəsidir”

01 İyul, 26 / 21:11
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.