• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.9° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Kriminal

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə…

19 İyun, 26 / 15:02
A A

İmişlidə gənc qızın sevgi münasibətində olduğu şəxsin təsiri ilə dayısının evindən pul və qızıl-zinət əşyaları oğurlaması işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Avantaj.media xəbər verir ki, məhkəmə materiallarına əsasən, tərəflər arasında bir neçə il əvvəl sevgi münasibəti yaranıb. Gənc oğlan qıza borclarının olduğunu, gələcəkdə biznes qurmaq və onunla evlənmək istədiyini deyərək, dəfələrlə maddi kömək göstərməsini istəyib.

İttihama görə, qız ilk olaraq 2025-ci ilin aprel ayında dayısına məxsus evdəki sandıqdan 200 ABŞ dolları götürərək sevgilisinə verib. Bir neçə gün sonra isə həmin sandıqdan müxtəlif qızıl-zinət əşyalarını oğurlayaraq ona çatdırıb. Oğurlanan qızıllar sonradan satılıb və əldə olunan vəsait müxtəlif şəxsi ehtiyaclara sərf edilib.

Bununla kifayətlənməyən gənc oğlan qızı yenidən oğurluq etməyə sövq edib. Bir müddət sonra qız dayısına məxsus evdə saxlanılan 16 min 800 ABŞ dollarını da götürərək sevgilisinə verib. Araşdırma zamanı müəyyən edilib ki, həmin pulun bir hissəsi manata dəyişdirilib, müxtəlif şəxsi xərclərə və biznes qurmaq məqsədilə istifadə olunub.

İş materiallarına əsasən, oğurlanan əmlak arasında qızıl üzüklər, sırğalar, boyunbağı, qolbaqlar və digər zinət əşyaları olub. Zərərçəkmiş şəxsə ümumilikdə 36 min manatdan artıq maddi ziyan dəyib.

Zərərçəkmiş tərəfin nümayəndəsinin ifadəsinə görə, ailə üzvləri uzun müddət oğurluqdan xəbərsiz olublar. Pul və qızıl-zinət əşyaları evdəki sandığın alt hissəsində saxlanıldığı üçün onların yoxa çıxması dərhal aşkar edilməyib. Hadisə yalnız ailə üzvləri sandığı yoxlayarkən üzə çıxıb və bundan sonra polisə müraciət olunub.

Məhkəmə iclasında qız təqsirini etiraf edərək bildirib ki, sevgilisinin onunla evlənəcəyinə inanıb və ona kömək etmək məqsədilə bu addımları atıb. Digər təqsirləndirilən şəxs isə qismən təqsirini qəbul edib və oğurlanan qızılların satıldığını, əldə edilən vəsaitin şəxsi ehtiyaclara xərcləndiyini təsdiqləyib.

Məhkəmə araşdırması zamanı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) üzrə irəli sürülmüş ittiham hər iki şəxsə münasibətdə ümumi ittihamdan xaric edilib. Hökmə əsasən, qız Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Onu oğurluğa təhrik edən sevgilis isə Cinayət Məcəlləsinin 32.4, 177.2.2 və 32.4, 177.2.4-cü maddələri (təkrar oğurluğa təhrik etmə və xeyli miqdarda ziyan vurmaqla törədilən oğurluğa təhrik etmə) ilə təqsirli bilinib. Məhkəmə ona 600 manat məbləğində cərimə cəzası təyin edib.

Bənzər Xəbərlər

Kriminal

70 yaşlı kişi hoteldə öldü

İyun 19, 2026
Kriminal

Azərbaycanda qeyri-adi yeyinti: Çoban yüzminlərlə manat “qazandı“

İyun 18, 2026
Kriminal

Tur vədi ilə dələduzluq edən qadın beynəlxalq axtarışa verildi

İyun 18, 2026
Kriminal

Bakıda küçədə qadın kişini döydü – İkisi də saxlanıldı !

İyun 17, 2026
Kriminal

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir – Özünə yeni vəzifə verildi

İyun 17, 2026

XƏBƏR LENTİ

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü (FOTO)

19 İyun, 26 / 17:30

Bəziləri arıqlamaq üçün səhər yeməyini yemir – Ekspert AÇIQLADI

19 İyun, 26 / 17:19

Trampın Meloni barədə sözləri diplomatik qalmaqala səbəb oldu

19 İyun, 26 / 16:50

İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək

19 İyun, 26 / 16:47

Yay aylarında telefonlarımız istidən cibimizdə partlaya bilər ? - Litium-ion bateriyaların RİSKLƏRİ

19 İyun, 26 / 15:29

Prezidentdən məktəbəqədər təhsillə bağlı – FƏRMAN

19 İyun, 26 / 15:22

Messinin atası barədə yalan məlumat yayan aparıcı işdən çıxarıldı

19 İyun, 26 / 15:19

Sabah Azərbaycanda dəhşətli isti gözlənilir – PROQNOZ

19 İyun, 26 / 15:16

El arasında "Ürəyimə damıb" ifadəsinin açıqlaması əslində nədir ?

19 İyun, 26 / 15:14

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə…

19 İyun, 26 / 15:02
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.