Argentinada “Luzu TV” kanalının aparıcısı Florensiya Penya Lionel Messinin atası haqqında efirdə yanlış məlumat yaydığına görə işdən uzaqlaşdırılıb.
Avantaj.media xəbər verir ki, bu barədə “Infobae” nəşri məlumat yayıb.
Məlumata görə, aparıcı efir zamanı Messinin atasının vəfat etdiyi barədə təsdiqlənməmiş informasiya səsləndirib. Kanal rəhbərliyi isə bunun jurnalist etikasının ciddi şəkçildə pozulması olduğunu bildirib.
“Luzu TV”nin sahibi Nikolas Okkiato açıqlamasında qeyd edib ki, həssas məlumatların yoxlanılmadan yayılması qəbuledilməzdir və bu səbəbdən kanal rəhbərliyi hadisəyə görə məsul olan əməkdaşlarla əməkdaşlığa son qoyub: “Biz məsuliyyətli jurnalistika prinsiplərinə sadiqliyimizi təsdiqləyirik”.
Qeyd edilir ki, 2026-cı ilin əvvəlində Messinin atasının səhhəti ilə bağlı ciddi problemlər barədə məlumatlar yayılmışdı və o, həkim nəzarətinə götürülmüşdü. 18 iyun tarixində isə ailə tərəfindən onun vəziyyətinin stabil olduğu və müalicəyə müsbət reaksiya verdiyi açıqlanıb
















