ABŞ, Kanada və Meksikada təşkil olunan dünya çempionatı davam edir.
Avantaj xəbər verir ki, daha 2 oyun keçirilib.
Gecə baş tutan görüşlər turnirin ev sahiblərinin iştirakı ilə baş tutub. Kanada Qətər ilə üz-üzə gəlib və DÇ-2022-nin təşkilatçısını meydana çıxmağına peşman edib – 6:0.
Meksika isə Cənubi Koreyanı sınağa çəkib. Bu görüşün taleyini isə 1 qol müəyyənləşdirib. Meksika minimal hesablı qələbə sayəsində qrup liderliyini və pley-offa vəsiqəni təmin edib.
DÇ-2026
2-ci tur, 19 iyun
B qrupu
Kanada – Qətər 6:0
Qollar: X.Devid, 25; 45+3; 90+2. N.Saliba, 64. M.Əl-Mannai, 75-öz qapısına.
A qrupu
Meksika – Cənubi Koreya 1:0
Qol: L.Romo, 60.
















