Sosial anksiyete, digər adı ilə sosial fobiya, insanların içərisində olmaq qorxusu ilə xarakterizə olunan psixoloji pozuntulardan biridir. Bu vəziyyətdən əziyyət çəkən şəxslər insanların çox olduğu məkanlardan uzaq durmağa, belə yerlərlə qarşılaşdıqda isə həmin mühitdən qaçmağa meylli olurlar.
Psixioloq, psixologiya üzrə fəlsəfə doktoru Şəlalə Babayeva bu barədə Avantaj.media-ya müsahibəsində bildirib:
“Sosial anksiyete’yə sosial fobiyada deyirlər. İnsanların içərsində olmaqdan qorxmaqdır. İnsanların çox olduğu yerə getməməkdir. Həmən yerlər olanda o yerlərdən qaçmaqdır. Məsələn, görürsünüz ki, restorana yaxınlaşır, uzaqdan baxır, görür ki, adam çoxdur. Girmir restorana çıxır, qaçır və yaxud da, məsələn, parka gedəndə baxır, görürki, orada adamlar var ya yox. Adam çox olanda qaçır, sinifdə otura bilmir”.
Mütəxəssis qeyd edib ki, sosial anksiyetenin diaqnozu mütləq psixiatr tərəfindən qoyulmalıdır:
“Əgər sosial anksiyete varsa, birinci növbədə bunun diaqnozu psixiatr tərəfindən qoyulmalıdır. Və eyni zamanda psixoterapiya ilə paralel dərman terapiyası aparılmalıdır. Dərman terapiyası ilə bir yerdə”.
Şəlalə Babayeva vurğulayıb ki, bu problemin aradan qaldırılması mümkündür, lakin proses kifayət qədər uzunmüddətli və səbir tələb edən bir mərhələdir:
“Bəzi müəlliflərin sözünə görə bunu tam olaraq yenmək mümkündür, amma bu belə asan bir şey deyil. Bunun üçün uzunmüddətli terapiya lazımdır”.
Psixoloqun sözlərinə görə, təkcə dərman müalicəsi və ya yalnız psixoterapiya ilə uğurlu nəticə əldə etmək çətindir:
“Tək dərman terapiyası ilə olmaz. Tək dərman terapiyası ilə müvəqqəti sakitləşəcək sonra yenə qayıdacaq. Amma tək psixiatrit terapiyası ilə də olmaz. Çünki psixoterapi dərmansız ona kömək eləyə bilməyəcək. Onun hissləri pik səviyyədə olduğu üçün əvvəlcə dərmanla onu bir az sakitləşdirmək lazımdır. Bəli, ikisi bir yerdə mümkündür”.
Humay Cəfərova
















