“Qızıl, brilyant, yaht?” Yox. Bunların hamısı uşaq oyuncağıdır. Dünyada 1 qramı bir lüks avtomobildən baha olan məhsul var. Və sən onu hər gün qəbul edirsən, amma fərqində deyilsən.
Avantaj.media-nın araşdırmasına görə bu maddənin 1 qramı 62 milyon dollardır.
1. Adı: Antimateriya
Bəli, elmdə “antimatter” deyilir. Adi maddənin əksi. 1 qram antimateriya 1 qram adi maddə ilə təmas edəndə, ortaya çıxan enerji bir atom bombasından 100 dəfə güclüdür. NASA-nın Marsa getmək üçün istifadə etməyi düşündüyü yanacaq budur.
2. Niyə bu qədər bahadır ?
Çünki onu istehsal etmək demək olar ki, mümkün deyil. CERN-də dünyanın ən güclü maşınlarında, saniyədə cəmi bir neçə atom istehsal olunur. 1 qram yığmaq üçün milyardlarla il lazımdır. Və onu saxlamaq da qeyri-mümkün. Adi qabda saxlasan, partlayır. Ona görə maqnit qutularında, vakuumda saxlanılır.
3. “Bəs biz onu harada görürük ?”
PET scan tibbi cihazında. Xərçəng diaqnozu üçün istifadə olunan bu cihaz, bədənə az miqdarda antimateriya hissəcikləri buraxır. Yəni sənin müalicən üçün milyonlarla dollarlıq maddədən istifadə olunub.
Müqayisə üçün:
1. *Qızıl*: 1 qram = 110 dollar
2. *Brilyant*: 1 qram = 65,000 dollar
3. *Antimateriya*: 1 qram = 62,000,000 dollar
Dünyanın ən bahalı şeyi sənin saatında, boynunda deyil. O, laboratoriyadadır. Çünki əsl dəyər nadirlikdə və elm gücündədir. Avtomobil, ev, qızıl… hamısı antimateriyanın yanında heçdir.
Humay Cəfərova
















