Gündə 8 saatımızı “söndürüb” keçiririk. Bu, həyatımızın 1/3-ü deməkdir. Əgər yuxu lazımsız olsaydı, təkamül onu çoxdan silərdi. Deməli, yuxunun arxasında böyük səbəb var.
Avantaj.media-nın araşdırmasına görə yetkinlərin 67%-i yuxunun əsl funksiyasını yalnız “istirahət” kimi bilir. Amma əslində 3 əsas səbəb var.
1. Beyin yatanda “təmizlik edir”
Gündüz beyin məlumatla dolur. Yuxuda isə “glial limfatik sistem” aktivləşir. Bu sistem beynin zibilini, yəni toksinləri yuyub aparır. O toksinlərdən biri də Alzheimer-ə səbəb olan beta-amiloiddir. Yuxusuz qalan beyin, süpürməyən ev kimidir.
2. Yaddaş “yaddaşa köçürülür”
Gün ərzində öyrəndiyin hər şey müvəqqəti yerdə saxlanılır. Yuxu, xüsusən də dərin yuxu mərhələsi, o məlumatları “sərt diski” olan uzunmüddətli yaddaşa köçür. _Avantaj.media-nın araşdırmasına görə_, imtahandan əvvəl gecəni yatmadan dərsi təkrarlayan tələbələr, yatıb duranlardan 40% pis nəticə göstərir.
3. Bədən özünü “təmir edir”
Yuxuda böyümə hormonu pik nöqtəsinə çatır. Bu hormon əzələni bərpa edir, dərini yeniləyir, immuniteti gücləndirir. Bir gecə 4 saat yatmaq, immuniteti 70% zəiflədir. Ona görə də yuxusuz qalandan sonra xəstələnirsən.
Bəs Yuxu Yoxdursa Nə Olur ?
3 gecə yuxusuzluqdan sonra beynin real olmayan şeylər görməyə başlayır. 11 gün yuxusuzluq isə ölümcüldür. Yəni yuxu lüks deyil, proqram yeniləməsidir.
Nəticə: Biz yatmırıq ki, vaxt itirək. Biz yatırıq ki, sabah daha ağıllı, daha sağlam və daha güclü oyanıq. Yuxu = bədənin ən ucuz, ən güclü dərmanıdır.
Humay Cəfərova
















