Albaniyanın “Eqnatiya” klubunda forma geyinən
Zamiq Əliyev çətin vəziyyətlə üzləşib.
Avantaj.media İdmanxeber.az-a istinadən xəbər verir ki, müdafiəçi ötən mövsüm başa çatdıqdan sonra ölkəyə qayıtsa da, hazırda Azərbaycandan çıxa bilmir. Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə oyunçunun ölkədən çıxışına qadağa qoyulmasıdır. İyunun 8-də Z.Əliyev komandasının yay toplanışına yollanmaq istəsə də, hava limanından geri qaytarılıb.
Bunun ardından Albaniya klubu müdafiəçinin adını Çempionlar Liqası iştirak ərizəsindən çıxarıb və məşqlərə qatılmadığı üçün oyunçunu 5 min avro cərimələyib.
“Eqnatiya” ən qısa vaxtda futbolçunun düşərgəyə qayıtmasanı tələb edir. Əks təqdirdə Albaniya klubu Əliyevin müqaviləsinə xitam verəcəyini oyunçunun menecerinə bildirib.
















