• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
10.4° Weather Columbus
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

“Bu, Azərbaycan–Türkiyə parlamentlərarası dostluq qrupunda təəssüf doğurur”

13 Oktyabr, 26 / 17:52
A A

“Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi millət vəkilləri, Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral tərəfindən ölkəmizlə bağlı əsassız ittihamların səsləndirilməsi Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda ciddi narahatlıq və təəssüf doğurur”.

“Avantaj.media” xəbər verir ki, bu, Azərbaycan Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatında öz əksini tapıb.

Bildirilib ki, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur:

“Azərbaycan müstəqil və suveren dövlətdir, daxili və xarici siyasətini öz milli maraqlarına və Konstitusiyasına uyğun müəyyən edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi məhz iki müstəqil və suveren dövlətin mövcudluğunu nəzərdə tutur. Bu prinsipin mahiyyətinin təhrif edilməsi, ondan Azərbaycanın daxili işlərinə müdaxilə etmək, kənar siyasi və ideoloji yanaşmaları Azərbaycan cəmiyyətinə diktə etmək üçün əsas kimi istifadə olunması qəbuledilməzdir.

Azərbaycanın dünyəvi dövlət quruluşu və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Ölkəmizdə təhsil siyasəti dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə əsaslanır. Təhsil müəssisələrində tətbiq olunan qaydalar bütün vətəndaşlara eyni şəkildə şamil edilir və hər hansı dini mənsubiyyətə qarşı yönəlməyib. Bu məsələlərin dini və ideoloji müstəvidə siyasiləşdirilməsi, Azərbaycanın konstitusion quruluşuna və təhsil siyasətinə qarşı əsassız ittihamların irəli sürülməsi yolverilməzdir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, xalqımıza, onun tarixinə və böyük şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi də qəbuledilməzdir və Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Təəssüflə qeyd etmək istəyirik ki, AKP iqtidarı bütün bunların qarşısının alınması istiqamətində heç bir addım atmır. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında təxribatçı aksiyaların keçirilməsinə və bununla bağlı çağırışlara dözümlü münasibətin göstərilməsi də bir sıra suallar doğurur.

 

Hesab edirik ki, Azərbaycan–Türkiyə münasibətlərinin xüsusi xarakteri siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə riayət olunmasını tələb edir. Ayrı-ayrı siyasi xadimlərin açıqlamaları iki ölkə arasında münasibətlərə xələl gətirməməlidir.

 

Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq gözləntimiz budur ki, Türkiyənin müvafiq siyasi dairələri, o cümlədən parlamentdə təmsil olunan hakim siyasi partiya təmsilçiləri, bu həssas məsələlərə məsuliyyətlə yanaşacaq, Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət nümayiş etdirəcək, münasibətlərimizə mənfi təsir göstərə biləcək açıqlamalardan çəkinəcəklər”.

Bənzər Xəbərlər

Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi – Siyahı

Noyabr 5, 2026
Siyasət

Zəngilan Aqroparkı yaradılır – 500 min manat ayrıldı

Noyabr 5, 2026
Siyasət

Yeni sədrə 2 müavin təyinatı – Biri sabiq nazirin oğludur

Noyabr 4, 2026
Siyasət

Prezidentdən Kamran İmanovla bağlı – Sərəncam

Noyabr 4, 2026
Siyasət

Əmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək

Noyabr 4, 2026
Siyasət

Azərbaycanda yeni mərkəz yaradılır – 200 nəfər işlə təmin olunacaq

Noyabr 3, 2026

XƏBƏR LENTİ

Məşhur Xanəndənin həyat yoldaşı narkotik istifadəçisi kimi həbs edildi 

06 Noyabr, 26 / 8:12

Şuşa Kuboku – İdmanın gücü , vətənpərvərliyin ruhu , gələcəyin çempionları

06 Noyabr, 26 / 8:08

Şəkidə qəza : İki nəfər xəsarət aldı

05 Noyabr, 26 / 23:59

Sabah Yasamal və Nizami rayonlarında işıq olmayacaq

05 Noyabr, 26 / 23:58

Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib

05 Noyabr, 26 / 23:57

Qobustanda 5 AAYDA əməkdaşı göbələkdən zəhərləndi

05 Noyabr, 26 / 23:55

Minlərlə təyyarə səhralarda niyə saxlanılır ? Aviasiyanın görünməyən nəhəng dayanacaqları

05 Noyabr, 26 / 23:52

Tərk edilmiş tunellər kənd təsərrüfatı obyektinə çevrilir - İLGİNC..

05 Noyabr, 26 / 23:50

Okeanın dibindəki sərvət uğrunda mübarizə: Dərin dəniz mədənçiliyi nə ilə nəticələnə bilər ?

05 Noyabr, 26 / 23:45

Köhnə telefon və kompüterlər hara gedir ? Elektron tullantıların gizli təhlükəsi

05 Noyabr, 26 / 23:43
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.