• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
6.9° Weather Columbus
$
1.7
€
1.9037
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

“Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım”

13 İyul, 26 / 16:48
A A

Azərbaycan Prezidenti İlham Əliyev Folklend adaları məsələsinə münasibət bildirib.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda argentinalı jurnalistin Böyük Britaniya və Argentina arasında Malvin (Folklend) adaları ilə bağlı sualını cavablandırarkən bu məsələnin nə qədər həssas olduğunu yaxşı bildiyini deyib.

 

“Hətta tələbə olduğum vaxt diplom işimin mövzusu da məhz İngiltərə-Argentina münaqişəsi idi. Çünki həmin hadisələr 1982-ci ildə baş vermişdi. Mən də 1982-ci ildə universiteti bitirirdim. Buna görə mövzu çox aktual idi və baş verən hadisələr barədə təxminən 30 səhifəlik təhlil yazmışdım. Düşünürəm ki, müsbət məqam ondan ibarətdir ki, mövcud vəziyyətə baxmayaraq, Böyük Britaniya və Argentina yaxşı münasibətləri qoruyub saxlayırlar. Yəqin ki, yaxın günlərdə yalnız yarımfinalda qarşılaşacağınız zaman rəqabət olacaq. Bu da ilk belə qarşılaşma deyil, əvvəllər də olub. Hesab edirəm ki, bu məsələ qarşılıqlı xoş niyyət və danışıqlar ruhunda, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun şəkildə həll olunmalıdır.

 

Əsas məsələ hər bir ölkənin ərazi bütövlüyünün qorunmasıdır. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan bu prinsipin qətiyyətli tərəfdarıdır. Bu mövqe, təbii ki, ölkəmizin ərazi bütövlüyünün vaxtilə pozulması ilə bağlı formalaşıb. Lakin biz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra da bu mövqedən geri çəkilmədik. Biz heç vaxt bu məsələyə siyasi üstünlüklər və ya ayrı-ayrı ölkələrlə münasibətlər prizmasından yanaşmamışıq. Biz onu ədalət və beynəlxalq hüquq baxımından qiymətləndiririk. Mənim mesajım da budur: Öz hüquqlarınızı və suverenliyinizi qoruyun. Bu, ötən il ukraynalı dostlarımıza ünvanladığım mesajın mahiyyətcə eynisidir”, – Azərbaycan lideri qeyd edib.

Bənzər Xəbərlər

Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi – Siyahı

Noyabr 5, 2026
Siyasət

Zəngilan Aqroparkı yaradılır – 500 min manat ayrıldı

Noyabr 5, 2026
Siyasət

Yeni sədrə 2 müavin təyinatı – Biri sabiq nazirin oğludur

Noyabr 4, 2026
Siyasət

Prezidentdən Kamran İmanovla bağlı – Sərəncam

Noyabr 4, 2026
Siyasət

Əmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək

Noyabr 4, 2026
Siyasət

Azərbaycanda yeni mərkəz yaradılır – 200 nəfər işlə təmin olunacaq

Noyabr 3, 2026

XƏBƏR LENTİ

Jurnalist Fatimə Mahmudovadan 8 Noyabr – Zəfər Günü münasibətilə xalqımıza təbrik

07 Noyabr, 26 / 0:51

“Yaxşı olardı ki, kuryerlər də vergiyə cəlb olunsunlar” – Deputat

06 Noyabr, 26 / 13:54

FHN bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

06 Noyabr, 26 / 11:25

“Bu “Telegram” kanalları vasitəsilə rəsmi Tehranın regional siyasəti müdafiə edilir”

06 Noyabr, 26 / 11:22

Şəhər səs-küyü insanların həyat keyfiyyətini aşağı salır: Görünməyən sağlamlıq problemi

06 Noyabr, 26 / 11:20

Sürətli moda ətraf mühitə necə təsir edir ? Ucuz geyimlərin görünməyən qiyməti

06 Noyabr, 26 / 11:18

Köhnə batareyalar evlərdə təhlükə mənbəyinə çevrilə bilər: Bu səhvi etməyin

06 Noyabr, 26 / 11:15

Süni intellekt iş yerlərini dəyişir: Yeni dövrdə hansı bacarıqlar ön plana çıxacaq ?

06 Noyabr, 26 / 11:14

Məktəbə gedən uşaqların təhlükəsizliyi kimlərin məsuliyyətindədir ? Nəqliyyat məsələsi yenidən gündəmdə

06 Noyabr, 26 / 11:12

Ölüm hökmlərini , ömürlük cəza ilə əvəz etdi

06 Noyabr, 26 / 11:09
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.