Şəmkirdə kafedə dava qətllə nəticələnib.
“Avantaj.media” xəbər verir ki, 26 yaşlı S.Tağıyev ürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədə şübhəli bilinən 27 yaşlı F.Həsənov saxlanılıb.
Araşdırma aparılır.
















