• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28° Weather Columbus
$
1.7
€
1.9593
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

KTN də Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı

13 Avqust, 26 / 23:58
A A

Kənd Təsərrüfatı Nazirliyi Samux rayonu Alıuşağı kəndində baş vermiş hadisə ilə bağlı açıqlama yayıb.

“Avantaj.media” sözügedən açıqlamanı təqdim edir:

“Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə daxil olmuş məlumat əsasında Samux rayonunun Alıuşağı kəndində yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə yaradan hadisə ilə əlaqədar Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri (HSBX) idarələrinin əməkdaşları tərəfindən təsərrüfatda ilkin epizootoloji araşdırma və baytarlıq tədbirləri həyata keçirilib.

Hadisə yerində təsərrüfatdakı heyvanlara klinik baxış keçirilib, termometriya aparılıb. Ərazi və heyvanların saxlanıldığı sahələrdə dezinfeksiya tədbirləri görülüb, giriş hissəsində dezinfeksiya baryeri hazırlanaraq müvafiq dezinfeksiyaedici məhlulla təmin edilib.

Eyni zamanda, xəstəliyin mümkün yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfat ərazisinə heyvan və nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

Hazırda təsərrüfatda saxlanılan 3 baş iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə edilib, həmin heyvanlara baytarlıq mütəxəssisləri tərəfindən zəruri müalicə tədbirləri aparılıb. Bununla yanaşı, hazırkı mərhələdə canlı heyvanlardan laborator müayinə üçün nümunələr götürülməyib. Laborator müayinə məqsədilə məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülüb. Bu səbəbdən təsərrüfatda saxlanılan canlı heyvanlarda müşahidə olunan klinik vəziyyətin qarayara xəstəliyi ilə əlaqəli olduğu hazırda laborator müayinələrlə təsdiqlənməyib. Xəstəliyin mövcudluğu və epizootoloji vəziyyət barədə yekun qiymətləndirmə müvafiq laborator müayinələrin nəticələri və sonrakı klinik müşahidələr əsasında təsdiq oluna bilər.

Təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır, heyvanların klinik vəziyyətinin müşahidəsi və zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə xidməti müqavilə əsasında fəaliyyət göstərən baytarlıq mütəxəssisləri tərəfindən Gəncə şəhəri və ətraf ərazilərdə, həmçinin Samux rayonu ərazisində xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər həyata keçirilir. 2026-cı ilin birinci yarısında dabaq, qarayara, infeksion nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçəyi, quduzluq və digər xəstəliklərə qarşı planlı peyvəndləmə tədbirləri aparılıb”.

Xatırladaq ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də birgə məlumat yayıb.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu ölkə Azərbaycanda səfirlik açır

Avqust 4, 2026
Cəmiyyət

Sabah bu ərazilərdə işıq olmayacaq

Avqust 3, 2026
Cəmiyyət

Yeni nazir müavini kimdir ? – DOSYE

İyul 31, 2026
Cəmiyyət

Ağdamdakı görüntü ilə bağlı – Rəsmi açıqlama

İyul 27, 2026
Cəmiyyət

Cəbrayılın 4-cü kəndi tikilir – İlin sonunadək köç olacaq

İyul 25, 2026
Cəmiyyət

Paytaxtın bu ərazilərində qaz olmayacaq

İyul 21, 2026

XƏBƏR LENTİ

KTN də Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı

13 Avqust, 26 / 23:58

Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı

13 Avqust, 26 / 23:57

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu

13 Avqust, 26 / 23:55

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

13 Avqust, 26 / 23:53

Lazer epilyasiya: Tüklərdən uzunmüddətli qurtulmaq necə mümkün olur ?

13 Avqust, 26 / 23:51

Pişiklər insanlarla necə ünsiyyət qurur ? Miyoldamağın gizli dili

13 Avqust, 26 / 23:49

Yağışdan sonra torpaq niyə xüsusi qoxu verir ? Elmin izahı

13 Avqust, 26 / 23:48

Dünyanın ən səssiz yerləri: İnsan qulağı orada nə eşidir ?

13 Avqust, 26 / 23:47

İnsan beyni yuxuda niyə qəribə və qarışıq yuxular görür ?

13 Avqust, 26 / 23:46

Ahtapotların üç ürəyi var – onların qanı isə mavidir

13 Avqust, 26 / 23:45
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.