• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.9° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Özəl

Nazirlik , MÜTDA və Regional İdarə qarşısında cavabsız qalan suallar

19 İyun, 26 / 18:16
A A

Elm və Təhsil Nazirliyi, MÜTDA və Abşeron-Xızı Regional Təhsil İdarəsi niyə susur?

Masazır qəsəbəsində yerləşən 4 saylı tam orta məktəbdə şagird və valideynlərdən pul yığılması ilə bağlı iddiaları ictimailəşdirməyimizdən sonra cəmiyyətdə ciddi müzakirələr başladı. Mövzu sosial şəbəkələrdə geniş rezonans doğurdu, yüzlərlə insan məsələyə münasibət bildirdi. Lakin bütün bunlara baxmayaraq, aidiyyəti dövlət qurumları hələ də susmağa üstünlük verir.

Söhbət Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Abşeron-Xızı Regional Təhsil İdarəsindən gedir. Təhsil sahəsində nəzarət və idarəetmə funksiyalarını həyata keçirən bu qurumların ictimai maraq doğuran məsələlərə operativ reaksiya verməsi onların birbaşa vəzifələrindən biridir. Ancaq görünən odur ki, ictimaiyyəti narahat edən problemlərə münasibət bildirmək həmin qurumların prioritetləri sırasında yer almır.

Medianın və vətəndaşların gündəmə gətirdiyi iddialar qarşısında nümayiş etdirilən bu səssizlik, istər-istəməz yeni suallar yaradır. Əgər səsləndirilən iddialar həqiqətə uyğun deyilsə, niyə bununla bağlı ictimaiyyətə aydın izahat verilmir? Əgər araşdırma aparılırsa, niyə nəticələri barədə hər hansı məlumat paylaşılmır?

Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Səbuhi Rzayev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və MÜTDA rəhbərliyi bu məsələyə münasibət bildirməyi zəruri hesab etmirlərmi? Dövlət qurumlarının vəzifəsi yalnız tədbirlər keçirmək, statistik rəqəmlər paylaşmaq və hesabatlar təqdim etmək deyil. Həmin qurumlar eyni zamanda cəmiyyət qarşısında hesabatlı olmalı, ictimai narahatlıq doğuran məsələlərə aydınlıq gətirməlidirlər.

Xatırladaq ki, məsələni gündəmə gətirən şəxslərdən biri 44 günlük Vətən müharibəsi qazisi Xəyal Məmmədovdur. O, məktəbdə valideynlərdən müxtəlif adlar altında vəsait toplandığını iddia edərək aidiyyəti qurumlara müraciət olunmasını istəyib. Məsələ ictimaiyyət tərəfindən ciddi müzakirə olunsa da, təhsil sisteminə cavabdeh olan qurumlardan hələ də hər hansı rəsmi mövqe açıqlanmayıb.

Bu susqunluq isə cəmiyyətdə belə bir təəssürat yaradır ki, təhsil müəssisələrində baş verdiyi iddia olunan problemlərin araşdırılmasından daha çox, onların ictimai müzakirədən kənarda saxlanılmasına üstünlük verilir. Halbuki dövlət qurumlarının borcu yaranmış sualları cavablandırmaq, iddiaları araşdırmaq və nəticələri ictimaiyyətə təqdim etməkdir.

İctimaiyyət cavab gözləyir. Susmaq isə cavab vermək demək deyil.

Məsələyə qayıdacağıq ✍🏻

Emil Müzəffərli

Bənzər Xəbərlər

Özəl

Sümüklərin inkişafı təkcə qidalanmadan asılı deyil – Travmatoloq-Ortoped Türkel Hüseynoğlu

İyun 19, 2026
Özəl

Bəziləri arıqlamaq üçün səhər yeməyini yemir – Ekspert AÇIQLADI

İyun 19, 2026
Özəl

Yay aylarında telefonlarımız istidən cibimizdə partlaya bilər ? - Litium-ion bateriyaların RİSKLƏRİ

İyun 19, 2026
Özəl

El arasında "Ürəyimə damıb" ifadəsinin açıqlaması əslində nədir ?

İyun 19, 2026
Özəl

Yer almasının bu xeyirlərini bilirdinizmi ? - "Sadə görünüş , bol VİTAMİNLƏR"

İyun 19, 2026
Özəl

Bir-birimizdən küsəndə beynimiz bunu necə qəbul edir ?

İyun 19, 2026

XƏBƏR LENTİ

Sümüklərin inkişafı təkcə qidalanmadan asılı deyil – Travmatoloq-Ortoped Türkel Hüseynoğlu

19 İyun, 26 / 19:02

İranda müğənni və 8 komanda üzvü şallaq olunacaq

19 İyun, 26 / 18:55

Polis tərəfindən saxlanılan aktyor TRT-nin serialından qovuldu

19 İyun, 26 / 18:52

Nazirlik , MÜTDA və Regional İdarə qarşısında cavabsız qalan suallar

19 İyun, 26 / 18:16

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü (FOTO)

19 İyun, 26 / 17:30

Bəziləri arıqlamaq üçün səhər yeməyini yemir – Ekspert AÇIQLADI

19 İyun, 26 / 17:19

Trampın Meloni barədə sözləri diplomatik qalmaqala səbəb oldu

19 İyun, 26 / 16:50

İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək

19 İyun, 26 / 16:47

Yay aylarında telefonlarımız istidən cibimizdə partlaya bilər ? - Litium-ion bateriyaların RİSKLƏRİ

19 İyun, 26 / 15:29

Prezidentdən məktəbəqədər təhsillə bağlı – FƏRMAN

19 İyun, 26 / 15:22
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.