• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
10.4° Weather Columbus
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İdman

"Qazaxıstanın qarşısında aciz görünməyimiz ciddi siqnaldır" - Həsənov problemləri sadaladı

10 İyun, 26 / 16:30
A A

Azərbaycan futbolunun gələcəyinin yeniyətmələr və gənclər olduğu ən sadə məntiqlə, hər kəsə bəllidir. Ölkəmizin U-17 və U-20 komandaları Qəbələdəki toplanışları da Azərbaycanla Özbəkistanın birgə təşkilatçılığı ilə 2027-ci ildə baş tutacaq U-20 dünya çempionatına hazırlığa hesablanıb. Bəs görəsən bu toplanışlar ilıq ümidlərə əsas verdimi? Pro kateqoriyalı mütəxəssis, B və A kateqoriyalı məşqçi kurslarında təlimçi qismində fəaliyyət göstərən Zamir Həsənovla əlaqə saxlayıb toplanışları dəyərləndirməsini xahiş etdik.

Avantaj.media xəbər verir ki , Onun Fanat.Az-a açıqlaması belə oldu:

“U-17 və U-20 milli komandalarının təlim-məşq toplanışı Qəbələdə keçirildiyindən hazırlıq oyunlarını canlı izləmək imkanımız oldu. İlk olaraq U-17 millimizin toplanış ərəfəsində Qazaxıstana qarşı keçirdiyi ikinci oyunu izlədik. Təəssüf ki, U-17 ilə bağlı təəssüratlarım heç də pozitiv olmadı. Yeniyetmə futbolçularımızın texniki bacarıqlarındakı çatışmazlıqlar məni çox təəccübləndirdi. Çünki texniki hazırlıq arzuolunan səviyyədə deyilsə, futbolun digər komponentləri barədə danışmaq daha da çətinləşir.

Bu gün futbolda heç də ən inkişaf etmiş ölkələrdən sayılmayan Qazaxıstanın yeniyetmələri qarşısında aciz görünməyimiz (0:1) Azərbaycan futbol ictimaiyyəti üçün ciddi siqnaldır. Çünki milli komanda klubların yetişdirdiyi futbolçular əsasında formalaşır. Kimisə günahlandırmaq mümkündür, lakin sonda uduzan yenə də Azərbaycan futbolu olacaq. Biz yalnız klublar və federasiyanın koordinasiyalı iş birliyi ilə bu problemi həll edə bilərik.

U-20 milli komandası ilə bağlı fikir bildirmək mənim üçün daha asandır. Çünki uzun müddət bu yaş qrupunun futbolçuları ilə birlikdə çalışmışıq. Komandanın oyuna fərqli oyun planı ilə çıxdığı hiss olunurdu və meydanda görünürdü ki, futbolçular bu plana uyğun hazırlaşıblar. Bəzi mövqe rotasiyaları diqqətimi çəkdi və bir qədər mənim üçün təəccüblü göründü. Lakin düşünürəm ki, baş məşqçinin qarşıda kifayət qədər vaxtı var və belə axtarışlar hazırlıq mərhələsində normal qarşılanmalıdır. U-20 millisini Pakistanla oyuna (1:0) əsasən qiymətləndirməyin tələskən qərar olacağını düşünürəm. Komandanı daha keyfiyyətli rəqiblərə qarşı keçirəcəyi oyunlardan sonra qiymətləndirmək və daha obyektiv nəticəyə gəlmək mümkün olacaq”.

Bənzər Xəbərlər

İdman

Şuşa Kuboku – İdmanın gücü , vətənpərvərliyin ruhu , gələcəyin çempionları

Noyabr 6, 2026
İdman

Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib

Noyabr 5, 2026
İdman

Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq

Oktyabr 29, 2026
İdman

15 yaşlı Nuray Həsənzadə Şimali Kiprdə dünya çempionu oldu – Azərbaycan bayrağını zirvəyə yüksəltdi

Oktyabr 26, 2026
İdman

“Sabah” “Slaviya”ya qarşı – Canlı-Yenilənir

Oktyabr 13, 2026
İdman

Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar

Oktyabr 13, 2026

XƏBƏR LENTİ

Məşhur Xanəndənin həyat yoldaşı narkotik istifadəçisi kimi həbs edildi 

06 Noyabr, 26 / 8:12

Şuşa Kuboku – İdmanın gücü , vətənpərvərliyin ruhu , gələcəyin çempionları

06 Noyabr, 26 / 8:08

Şəkidə qəza : İki nəfər xəsarət aldı

05 Noyabr, 26 / 23:59

Sabah Yasamal və Nizami rayonlarında işıq olmayacaq

05 Noyabr, 26 / 23:58

Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib

05 Noyabr, 26 / 23:57

Qobustanda 5 AAYDA əməkdaşı göbələkdən zəhərləndi

05 Noyabr, 26 / 23:55

Minlərlə təyyarə səhralarda niyə saxlanılır ? Aviasiyanın görünməyən nəhəng dayanacaqları

05 Noyabr, 26 / 23:52

Tərk edilmiş tunellər kənd təsərrüfatı obyektinə çevrilir - İLGİNC..

05 Noyabr, 26 / 23:50

Okeanın dibindəki sərvət uğrunda mübarizə: Dərin dəniz mədənçiliyi nə ilə nəticələnə bilər ?

05 Noyabr, 26 / 23:45

Köhnə telefon və kompüterlər hara gedir ? Elektron tullantıların gizli təhlükəsi

05 Noyabr, 26 / 23:43
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.