• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.8° Weather Columbus
$
1.7
€
1.9528
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Sosial

Şəhid Xudayarın anası bütün bərdəni boğaza yığıb – Samir Feyruzov yazır..

07 Sentyabr, 26 / 2:19
A A

Mən illərdir eşidirəm ki, şəhid Xudayar Yusifzadənin anası Radə xanım bütün Bərdə rayonunu boğaza yığıb.

İnsanlar da abrına qısılıb onu incitmirlər. Radə xanım Kral Arturun məşhur qılıncını əlinə alıb hamını asıb-kəsir. “Papaq” filmindəki Həsənağa kimi, Bərdə rayonunda heç kəs onun sözünün üstünə söz deyə bilməz, o, hər yeri dağıdar, yandırar, insanı kəsib-doğrayar, tikəsini də tapa bilməzlər. Bu nə acı mənzərədir? Məgər Bərdə rayonunda başqa şəhid anası yoxdur?

Bu ölkədə elə şəhid anaları var ki, abrına, ismətinə sığışdırıb kimsənin qapısını döymür, heç bir məmuru, iş adamını divara dirəmir. Elələri də var ki, iş düzəltmə, vəzifəyə adam qoyma, torpaq alveri, sələm və s. nə desən, onunla məşğuldur.

Dövlət şəhid ailələrinin evini verib, onları işlə təmin edib, adlarını əbədiləşdirib, hər yerdə də onlara “yaşıl işıq” yandırıb. Bəli, narazı qalan şəhid ailələri də ola bilər, bu, istisnadır və mən də istənilən halda həmin haqlı şəkildə narazı qalan şəhid ailələrinin mövqeyini dəstəkləyirəm. Amma bu, o deyil axı…

Nə baş verib? Deməli, Şuşaya səfər edən ziyarətçilər şəhidlərimizin adlarını küstah üsullarla Cıdır düzündəki qayalıqlara yazıblar. Boya ilə yazılan şəhid adları aidiyyəti qurumlar tərəfindən silinib. Həngamə də bundan sonra başlayıb. Radə xanım aləmi bir-birinə vurub ki, mənim oğlumun adını qayalıqlardan niyə silmisiniz…

Əziz Radə xanım, bu ölkədə övladının şəhid statusundan ən yüksək səviyyədə yararlanan valideynlərdən biri də məhz sizsiniz və buna görə heç kəs sizə bir söz demir.

Sabah hansısa başdanxarab gəlib sizin də övladınızın adı yazılan o qayalıqlarda qeyri-etik hərəkətlər etsə, bunun məsuliyyətini kim daşıyacaq ? Dövlət boya ilə yazılan hər bir qayalığa da keşikçi qoymalıdır ? Bu nə düşüncədir ?

Elə şəhid anaları var ki, 6 ildir başına qara bağlayıb ağlayır, heç kəsdən də hədiyyə qəbul etmir ki, övladının ruhu narahat olar. Qapısına məmurlar minnətə gəlir, yenə də onlardan heç nə istəmir. Halbuki, dövlətin verdiklərini də heç kəsdən məcbur qoparmayıb. Şəhid anası var ki, qardaşını işdən çıxarıblar, gedib heç kəsdən xahiş etmir, “mən oğlumun adını minnətli işlərə qoşmaq istəmirəm” deyir.

Xudayar Yusifzadənin adı və xatirəsi artıq kifayət qədər geniş şəkildə əbədiləşdirilib. Qayalıqda onun adının küstah üsullarla yazılmasına nə gərək var?

Şəhid ailəsi kimi onun yaxınları dövlətin tam himayəsinə götürülüb:

Sığorta ödənişləri, ev təminatı, aylıq dövlət təqaüdləri, sosial ehtiyacların ödənilməsi və s. həyata keçirilib.

X. Yusifzadə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

2021-ci il fevralın 18-də onun təhsil aldığı Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində büstünün açılışı olub.

Azərbaycanın müxtəlif şəhərlərində onun bulaq-abidə kompleksləri inşa edilib. Abşeron rayonunda adına küçə verilib.

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunda Xudayarın büstü, hərbi gödəkçəsi və fotoşəkilləri qorunur.

Onun döyüşdən öncə oxuduğu “Vətən yaxşıdır” təsnifi ustad sənətkar Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” kimi məşhurlaşıb, bu ifa dövlət səviyyəli və rəsmi tədbirlərdə mütəmadi olaraq xatırlanır.

Radə xanım, qalanlarını da bir özünüz bilirsiniz, bir də Allahınız. Yerli-yersiz insanlara zülm etmək, sizə aid olmayan İşlərə müdaxilə etmək, insanları cəzalandırmaq iştahı heç kəsə başucalığı gətirmir.

 

Samir Feyruzov

Bənzər Xəbərlər

Sosial

Avantaj.media-nın redaksiya heyətində yeni təyinat

Sentyabr 19, 2026
Sosial

Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi: “Bir aydır gördüyüm işin pulunu ala bilmirəm”

Sentyabr 17, 2026
Sosial

Tələbələr nəqliyyat xərclərinin 10 faizini geri qazana biləcəklər

Sentyabr 17, 2026
Sosial

Videosu yayılan “Əhdi” saxlanıldı

Sentyabr 13, 2026
Sosial

General oğullarının adını daşıyan holdinq: “Mercedes” brendi, klinikalar, meqa layihələr, 30-dan çox mağaza SİYAHI

Sentyabr 12, 2026
Sosial

Feyziyev qanunlarla ÜZ-ÜZƏ… – CƏZA GƏLDİ…

Sentyabr 12, 2026

XƏBƏR LENTİ

Avantaj.media-nın redaksiya heyətində yeni təyinat

19 Sentyabr, 26 / 20:46

DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi, 10 nəfər saxlanıldı – VİDEO

18 Sentyabr, 26 / 16:45

Şiddətli yağışlarla bağlı xəbərdarlıq – DİQQƏT

18 Sentyabr, 26 / 6:31

Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi: “Bir aydır gördüyüm işin pulunu ala bilmirəm”

17 Sentyabr, 26 / 13:13

Qasırğa necə yaranır ? Saatda yüzlərlə kilometr sürətlə hərəkət edən nəhəng fırtınanın sirri

17 Sentyabr, 26 / 8:09

Pepsi haqqında bilmədikləriniz: Dərmandan dünya markasına çevrilən içkinin maraqlı tarixi

17 Sentyabr, 26 / 8:07

Betonu kim kəşf edib ? Min illərdir istifadə olunan tikinti materialının maraqlı tarixi

17 Sentyabr, 26 / 8:04

Həyətinizdə bu ağacları əksəniz, həm eviniz, həm də sağlamlığınız üçün faydalı ola bilər

17 Sentyabr, 26 / 8:02

Qorxduğumuz həqiqətən başımıza gəlir ? Beynimizin qorxu ilə bağlı maraqlı oyunu

17 Sentyabr, 26 / 8:01

Marketdən 114 şokolad oğurladı , həbs olundu

17 Sentyabr, 26 / 7:59
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.