• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
10.5° Weather Columbus
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Sosial

“10 ay pul ödədi, notbuku xarab oldu – Kontakt Home-dan müştəriyə 2395 manatlıq ŞOK TƏLƏB!”

05 Noyabr, 26 / 11:31
A A

Kontakt Home mağazalar şəbəkəsinin Salyan filialından notbuk alan müştəri şirkətin xidmətindən narazı qalıb.

“Avantaj.media” xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Rövşən Fətiyev “Müştəriyəm Şikayətim Var” adlı Facebook qrupunda paylaşım edib.

Rövşən Fətiyevin sözlərinə görə, o, notbuku ilkin olaraq 118 manat ödəməklə alıb və 12 ay müddətində hər ay 192 manat ödəniş etməyə başlayıb. Lakin ödənişlərin 10-cu ayında cihazın ekranında xətlər yaranıb.

Müştəri nasazlıqla bağlı mağazaya müraciət etdikdən sonra notbuk Bakıya göndərilib. Onun bildirdiyinə görə, cihaz göndərildikdən 10 gün sonra ona notbukda zavod qüsuru olduğu və yenisi ilə əvəz ediləcəyi bildirilib.

Daha sonra şirkətin müxtəlif əməkdaşları, o cümlədən Müştəri Məmnuniyyəti Xidmətinin nümayəndələri onunla əlaqə saxlayıblar. Lakin yeni notbuk üçün əlavə 131 manat ilkin ödəniş və aylıq ödənişlər tələb olunub. Müştəri bu şərtlərlə razılaşmayıb.

Şikayətçinin sözlərinə görə, sonradan ona yeni notbukun alınması üçün ümumilikdə 2395 manat ödəməli olduğu bildirilib. Təklif olunan sənədlərə imza atmayan Rövşən Fətiyev mağazanı tərk edib.

O, əvvəlki notbukunu geri tələb etsə də, cihazın hələ də qaytarılmadığını bildirir. Artıq beş gündür bu məsələ ilə bağlı cavab gözlədiyini qeyd edən müştəri Kontakt Home ilə əməkdaşlığı dayandırmaq qərarına gəldiyini və hüquqlarını məhkəmə yolu ilə müdafiə etməyi düşündüyünü yazıb.

Müştərinin sözlərinə görə, şirkətin marketinq və müştəri məmnuniyyəti xidmətinin fəaliyyəti onu ciddi şəkildə narazı salıb.

Məsələ ilə bağlı Kontakt Home rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

Bənzər Xəbərlər

Sosial

Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi – VİDEO

Noyabr 5, 2026
Sosial

BMU-da Zəfər Günü qeyd olundu

Noyabr 5, 2026
Sosial

Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar – Rəhbərlikdən açıqlama gözlənilir

Noyabr 4, 2026
Sosial

Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? Mağazalar satış naminə hansı sərhədləri aşır ? – Jurnalist Orxan Rasifoğlu yazır

Noyabr 4, 2026
Sosial

Qarabağa 3.5 milyarda yaxın vəsait xərclənəcək

Noyabr 4, 2026
Sosial

Qanunsuz tikinti ilə gündəmə gələn rəisin vəzifəsi dəyişdirildi

Noyabr 3, 2026

XƏBƏR LENTİ

Məşhur Xanəndənin həyat yoldaşı narkotik istifadəçisi kimi həbs edildi 

06 Noyabr, 26 / 8:12

Şuşa Kuboku – İdmanın gücü , vətənpərvərliyin ruhu , gələcəyin çempionları

06 Noyabr, 26 / 8:08

Şəkidə qəza : İki nəfər xəsarət aldı

05 Noyabr, 26 / 23:59

Sabah Yasamal və Nizami rayonlarında işıq olmayacaq

05 Noyabr, 26 / 23:58

Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib

05 Noyabr, 26 / 23:57

Qobustanda 5 AAYDA əməkdaşı göbələkdən zəhərləndi

05 Noyabr, 26 / 23:55

Minlərlə təyyarə səhralarda niyə saxlanılır ? Aviasiyanın görünməyən nəhəng dayanacaqları

05 Noyabr, 26 / 23:52

Tərk edilmiş tunellər kənd təsərrüfatı obyektinə çevrilir - İLGİNC..

05 Noyabr, 26 / 23:50

Okeanın dibindəki sərvət uğrunda mübarizə: Dərin dəniz mədənçiliyi nə ilə nəticələnə bilər ?

05 Noyabr, 26 / 23:45

Köhnə telefon və kompüterlər hara gedir ? Elektron tullantıların gizli təhlükəsi

05 Noyabr, 26 / 23:43
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.