• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.1° Weather Columbus
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Sosial

BMU-da Zəfər Günü qeyd olundu

05 Noyabr, 26 / 16:57
A A

Bakı Mühəndislik Universitetində (BMU) 8 Noyabr – Zəfər Gününə həsr edilən təntənəli tədbir təşkil olunub.

 

“Qafqazinfo” xəbər verir ki, tədbir şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın zəfər yolunu əks etdirən videoçarx nümayiş olunub.

 

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində misilsiz əhəmiyyətini önə çəkib. Altı il əvvəl xalqımızın sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və ordunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsini milli qürurumuzun və tarixi ədalətin bərpasının təntənəsi kimi səciyyələndirib. Bildirib ki, bu qələbə xalqımızın əzmini və dövlətimizin sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Həmçinin 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri müasir dövlətçilik tariximizdə xüsusi yer tutdu. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində ölkəmizin suverenliyinin tam bərpası Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində tarixi mərhələ oldu.

Yaqub Piriyev Zəfərdən sonrakı dövrdə Azərbaycanın qazandığı siyasi və diplomatik uğurlara da toxunaraq Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını, yeni əməkdaşlıq platformalarının yaradıldığını və regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm işlər görüldüyünü bildirib. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini önə çəkən rektor bu məqsədlə dövlət büdcəsindən indiyədək 26 milyard manata yaxın vəsaitin yönəldildiyini, ərazilərdə müasir infrastrukturun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və sosial obyektlərin inşası istiqamətində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərin gələcək inkişafında təhsil, elm, texnologiya və sahibkarlığın xüsusi rolu vurğulanıb, həmin torpaqlarda yeni imkanların formalaşmasının ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olduğu, habelə bu prosesdə gənc mütəxəssislərin bilik və bacarıqlarına böyük ehtiyac duyulduğu qeyd olunub.

Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev çıxış ediblər. Çıxışlarda Zəfər Gününün xalqımızın yaddaşında əbədi yaşayacaq şərəf tarixi olduğu, bu möhtəşəm qələbənin arxasında milli həmrəyliyin, güclü dövlətçilik iradəsinin və Azərbaycan əsgərinin qəhrəmanlığının dayandığı vurğulanıb.

Tədbirin xüsusi qonaqlarından biri – Şuşaya ilk Azərbaycan bayrağını sancmış, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, BMU-nun birinci kurs tələbəsi Yaşar Hüseynov olub. O, çıxışında Şuşanın azadlığı uğrunda aparılan döyüşlərdən, silahdaşlarının qəhrəmanlığından söz açıb. Döyüş yoldaşlarının şücaətini ehtiramla xatırlayan Yaşar Hüseynov Azərbaycanın bundan sonra da Ali Baş Komandanın rəhbərliyi ilə daha da güclənəcəyinə, suverenliyimizin və ərazi bütövlüyümüzün daim qorunacağına əminliyini ifadə edib.

Tədbirin sonunda BMU-nun tələbələrinin hazırladığı bayram proqramı təqdim olunub.

Bənzər Xəbərlər

Sosial

Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi – VİDEO

Noyabr 5, 2026
Sosial

“10 ay pul ödədi, notbuku xarab oldu – Kontakt Home-dan müştəriyə 2395 manatlıq ŞOK TƏLƏB!”

Noyabr 5, 2026
Sosial

Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar – Rəhbərlikdən açıqlama gözlənilir

Noyabr 4, 2026
Sosial

Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? Mağazalar satış naminə hansı sərhədləri aşır ? – Jurnalist Orxan Rasifoğlu yazır

Noyabr 4, 2026
Sosial

Qarabağa 3.5 milyarda yaxın vəsait xərclənəcək

Noyabr 4, 2026
Sosial

Qanunsuz tikinti ilə gündəmə gələn rəisin vəzifəsi dəyişdirildi

Noyabr 3, 2026

XƏBƏR LENTİ

Şəkidə qəza : İki nəfər xəsarət aldı

05 Noyabr, 26 / 23:59

Sabah Yasamal və Nizami rayonlarında işıq olmayacaq

05 Noyabr, 26 / 23:58

Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib

05 Noyabr, 26 / 23:57

Qobustanda 5 AAYDA əməkdaşı göbələkdən zəhərləndi

05 Noyabr, 26 / 23:55

Minlərlə təyyarə səhralarda niyə saxlanılır ? Aviasiyanın görünməyən nəhəng dayanacaqları

05 Noyabr, 26 / 23:52

Tərk edilmiş tunellər kənd təsərrüfatı obyektinə çevrilir - İLGİNC..

05 Noyabr, 26 / 23:50

Okeanın dibindəki sərvət uğrunda mübarizə: Dərin dəniz mədənçiliyi nə ilə nəticələnə bilər ?

05 Noyabr, 26 / 23:45

Köhnə telefon və kompüterlər hara gedir ? Elektron tullantıların gizli təhlükəsi

05 Noyabr, 26 / 23:43

Vulkan püskürərkən göydə ildırım necə yaranır ? Təbiətin ən qeyri-adi hadisələrindən biri

05 Noyabr, 26 / 23:33

Köhnə kitabların qoxusu haradan gəlir ? Kağızın illərlə davam edən kimyəvi dəyişimi

05 Noyabr, 26 / 23:28
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.