Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Cənubi Koreya yığmasını 1:0 hesabı ilə üstələyən Meksika millisi mundiallardakı ən yaxşı nəticəsini reallaşdırıb.
Avantaj xəbər verir ki, DÇ-2026-da A qrupunda yer alan kollektiv sözügedən turnirlərdə ilk dəfə ardıcıl 3 matçda qələbə sevinci yaşayıb.
DÇ-2026-nın 1-ci turunda Cənubi Afrika Respublikasını 2:0 hesabı ilə yenən Meksika 2022-ci ildə keçirilən dünya çempionatındakı son oyununda Səudiyyə Ərəbistanından üstün olmuşdu.
Xatırladaq ki, Meksika DÇ-2026-da pley-offa vəsiqə qazanan ilk komandadır. İyunun 11-də start götürən mundial iyulun 19-da başa çatacaq. Son dünya çempionu Argentina millisidir.
















