• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.7° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Özəl

“Travmasız insan yoxdur, vacib olan ondan düzgün nəticə çıxarmaqdır” – Psixoloq Fərqanə Mehmanqızı

19 İyun, 26 / 20:49
A A

“Travmasız insan yoxdur, vacib olan ondan düzgün nəticə çıxarmaqdır” – Psixoloq Fərqanə Mehmanqızı

Uşaqlıq dövründə yaşanan hadisələr insanın gələcək xarakterinin və şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Lakin hər çətinliyi və ya xoşagəlməz hadisəni travma kimi qiymətləndirmək düzgün yanaşma deyil.

Bu fikirləri psixoloq Fərqanə Mehmanqızı Avantaj.media-ya açıqlamasında səsləndirib.

Psixoloqun sözlərinə görə, insanın şəxsiyyət kimi formalaşdığı ən vacib mərhələlərdən biri erkən uşaqlıq dövrüdür:

“Hər bir insanın inkişaf və şəxsiyyətinin formalaşma dövrü var. Xüsusilə 1 yaşdan 8 yaşa qədər olan mərhələdə uşağın xarakteri formalaşır. Bu dövrdə ailədə və ətraf mühitdə insanların bir-birinə münasibəti, uşağa göstərilən diqqət və yanaşma onun gələcəkdə necə bir şəxsiyyət olacağına ciddi təsir göstərir.”

Fərqanə Mehmanqızı bildirib ki, son illər travma anlayışından həddindən artıq istifadə olunur:

“Bu gün cəmiyyətdə demək olar ki, hər bir hadisəyə travma adı verilir. Halbuki insan psixikası o qədər zəif deyil ki, qarşılaşdığı hər hadisədən travma alsın. Eyni hadisə fərqli insanlarda fərqli təsirlər yarada bilər. Ona görə də bu məsələyə elmi yanaşmaq və mövzunu şişirtməmək vacibdir.”

Mütəxəssis hesab edir ki, uşaqların tərbiyəsində sevgi ilə yanaşı, balans və ölçü hissi də qorunmalıdır:

“Uşağa nə həddindən artıq sevgi göstərmək, nə də onu sevgidən məhrum etmək düzgün deyil. Hər şey müəyyən çərçivədə və balanslı şəkildə olmalıdır. Sağlam mühitdə böyüyən, diqqət və qayğı ilə əhatə olunan uşaqlarda gələcək problemlərin yaranma ehtimalı daha az olur.”

Psixoloq qeyd edib ki, insanın özünü korreksiya etmək qabiliyyəti də mühüm əhəmiyyət daşıyır:

“Əgər uşaq müəyyən psixoloji sarsıntılar və ya çətinliklərlə üzləşibsə, sonrakı inkişaf mərhələlərində özünü korreksiya edə, həmin hadisələrin təsirini azalda bilər. Bu prosesdə həm insanın öz iradəsi, həm də ətraf mühitin dəstəyi vacib rol oynayır.”

Onun sözlərinə görə, uşaqlıq dövründə yaşanan mənfi hadisələr gələcəkdə özgüvən çatışmazlığı, ünsiyyət problemləri və ya sosial adaptasiya çətinlikləri yarada bilər:

“Bu problemlərin səbəbləri müxtəlif olduğu kimi, nəticələri də fərqlidir. Ona görə valideynlər övladlarına sevgini düzgün şəkildə verməli, eyni zamanda məsuliyyət və sərhəd anlayışını da aşılamalıdırlar.”

Fərqanə Mehmanqızı vurğulayıb ki, tamamilə travmasız insan yoxdur:

“Hər bir insan həyatının müəyyən dövrlərində ağrı, itki və ya çətinliklərlə qarşılaşır. Əsas məsələ həmin hadisələrdən düzgün nəticə çıxarmağı bacarmaqdır. Güclü və iradəli şəxsiyyət yetişdirmək lazımdır ki, insan yaşadığı çətinlikləri inkişaf vasitəsinə çevirə bilsin.”

Psixoloq sonda valideynlərə çağırış edərək bildirib ki, uşaqlara sevgi göstərilməli, lakin bu sevgi nəzarətsiz azadlığa çevrilməməlidir:

“Uşaqları sevgisiz böyütmək olmaz. Eyni zamanda azadlıq anlayışı da düzgün izah edilməlidir. Məhdudiyyətsiz sərbəstlik bəzi hallarda gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Ən doğru yol sevgi, qayğı və məsuliyyət arasında balans yaratmaqdır.”

Bənzər Xəbərlər

Özəl

Yağışdan sonra torpaqdan gələn xoş qoxunun sirri nədir ?

İyun 19, 2026
Özəl

Kiber dələduzlardan necə qorunaq ?

İyun 19, 2026
Özəl

Səyahətə çıxarkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır ?

İyun 19, 2026
Özəl

Dünyanın ən bahalı dəniz məhsulu hansıdır ?

İyun 19, 2026
Group of adorable boys and girl with globe
Özəl

Uşaqlarınızdan bu əşyaları uzaq tutun – Görünməyən təhlükələr ciddi fəsadlara səbəb ola bilər

İyun 19, 2026
Özəl

Divarlara asdığımız portretlər insana mənfi aura verə bilərmi ?

İyun 19, 2026

XƏBƏR LENTİ

Yağışdan sonra torpaqdan gələn xoş qoxunun sirri nədir ?

19 İyun, 26 / 23:23

“Kızılcık şerbeti”ndə yeni aktrisa – Foto

19 İyun, 26 / 23:19

Kiber dələduzlardan necə qorunaq ?

19 İyun, 26 / 23:15

Əcnəbilər üçün viza rüsumunu beş dəfə qaldırırlar

19 İyun, 26 / 23:09

Səyahətə çıxarkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır ?

19 İyun, 26 / 23:06

Anar İsrafilov da TƏBİB-dən getdi

19 İyun, 26 / 22:59

Dünyanın ən bahalı dəniz məhsulu hansıdır ?

19 İyun, 26 / 22:57

İngiltərədə qatarlar toqquşdu – Xəsarət alanlar var

19 İyun, 26 / 22:50
Group of adorable boys and girl with globe

Uşaqlarınızdan bu əşyaları uzaq tutun – Görünməyən təhlükələr ciddi fəsadlara səbəb ola bilər

19 İyun, 26 / 22:41

“Arsenal” 80 milyonluq ulduzun ardınca düşdü

19 İyun, 26 / 22:35
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.