Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) növbəti mühüm kadr dəyişikliyi baş verib.
“Avantaj” Bakupost.az-a istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov vəzifəsindən ayrılıb.
Bununla bağlı TƏBİB sədri Anar Bayramov əmr imzalayıb.
Qeyd edək ki, TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov vəzifədən ayrıldıqdan sonra onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilmişdi.
















