Saat 03:00-da oyanıb telefona baxırsan? Yada gecə yatıb səhər özünü sanki heç yatmamış kimi yorğun hiss edirsən? Tək deyilsən.
Avantaj.media-nın araşdırmasına görə, Azərbaycanda hər 3 nəfərdən 1-i bu “gecə sindromu”nu yaşayır. Amma səbəbini bilənlərin sayı 10%-dən azdır.
1. Günahkar: “Gizli stress”
Beynin gün ərzində yaşadığın, amma “boş ver” dediyin bütün kiçik stressləri gecə emal edir. Nəticə? Saat 2-4 arası birdən oyanmaq. Buna “cortisol spike” deyirlər. Yəni bədən səni təhlükə varmış kimi oyadır.
2. Sən yatmırsan, “skroll edirsən”
Yatmazdan 1 saat əvvəl telefona baxmaq mavi işıq buraxır. Bu işıq melatonin hormonunu 50% azaldır. _Avantaj.media-nın araşdırmasına görə_, mavi işıq altında 30 dəqiqə oturmaq yuxuya getməni orta hesabla 45 dəqiqə gecikdirir. Beynin hələ də “gündüzdür” fikirləşir.
3. Otağın səhv “yuxu rejimindədir”
Çox isti, çox soyuq, ya da səs-küylü otaq beynə dərin yuxuya keçməyə icazə vermir. Ideal yuxu temperaturu: 18-20°C-dir. Bir də qulağında işləyən TV/fon səsi… beyin onu təhlükə siqnalı kimi qəbul edir.
Bəs nə etməli ? 3 Sadə Addım
1. “Yuxu sərhədi” qoy: Yatmazdan 60 dəqiqə əvvəl telefonu otaqdan çıxar. Yerini kitab alsın.
2. Beyni aldat: Yatmazdan əvvəl 4-7-8 nəfəs texnikası. 4 saniyə nəfəs al, 7 saniyə saxla, 8 saniyə burax. Sinir sistemi “təhlükə yoxdur” siqnalı alır.
3. Otağı qaranlıq et:Hətta kiçik LED işığı belə melatonini öldür. Qara pərdə = pulsuz dərman.
Nəticə: Gecə oyanmaq tənbəllik deyil. Bu, bədəninin sənə göndərdiyi mesajdır. Onu eşitsən, səhər özünü başqa adam kimi hiss edəcəksən.
Humay Cəfərova
















