• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.2° Weather Columbus
$
1.7
€
1.9351
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Kriminal

Bakıda qardaşlar arasında ata mülkünə görə dava – Məhkəmə qərar verdi

29 İyun, 26 / 13:39
A A

Bakıda ata mülkünün bölgüsü ilə bağlı qardaşlar arasında yaranan mübahisə məhkəmə hökmü ilə nəticələnib.

Avantaj xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ilin iyun ayında paytaxt ərazisində yerləşən kafelərdən birində baş verib. Təqsirləndirilən şəxs qardaşı ilə görüşərək ata mülkünün bölünməsi məsələsini müzakirə edib. Söhbət zamanı tərəflər arasında mübahisə yaranıb və münaqişə fiziki qarşıdurmaya çevrilib.

İttihama əsasən, təqsirləndirilən şəxs qardaşına baş nahiyəsinə bir, qol nahiyəsinə isə iki yumruq zərbəsi endirib. Nəticədə zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirilib. Məhkəmə-tibbi ekspertizası zərərçəkmişdə sol ənsə nahiyəsində hematoma və sıyrıq, həmçinin sol qolunda qançır aşkar edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, qardaşı ilə mübahisə etdiyini təsdiqləsə də, onu yumruqla vurmadığını, yalnız nalayiq ifadələr işlətməsinin qarşısını almaq üçün ağzını əli ilə tutaraq itələdiyini bildirib. Bununla belə, son sözündə əməlindən peşman olduğunu deyərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş şəxs isə ifadəsində qardaşının mübahisə zamanı ona üç dəfə yumruq zərbəsi vurduğunu bildirib. O, təqsirləndirilən şəxslə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olaraq qaldığını deyib.

Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli olduğuna qərar verib. Hökmə əsasən, o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Bənzər Xəbərlər

Kriminal

Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi

İyun 25, 2026
Kriminal

Özəlləşdirmə adı ilə 31 min manatlıq dələduzluq

İyun 25, 2026
Kriminal

Xətai rayonunda 55 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

İyun 25, 2026
Kriminal

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

İyun 24, 2026
Kriminal

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb

İyun 24, 2026
Kriminal

“Zevs”in qardaşının 10 il həbsi tələb edildi – 4 il iş verildi

İyun 24, 2026

XƏBƏR LENTİ

Evinizdə "ruh" var , yoxsa beyniniz sizi aldadır ?

29 İyun, 26 / 14:46

Bu gün və sabah geomaqnit qasırğası olması ehtimalı var

29 İyun, 26 / 14:42

Ramil Şeydayev Rusiya klubuna keçə bilər

29 İyun, 26 / 14:41

Nobel ala bilməyən dahi : Lev Tolstoyun maraqlı həyat hekayəsi

29 İyun, 26 / 13:47

Bakıda qardaşlar arasında ata mülkünə görə dava – Məhkəmə qərar verdi

29 İyun, 26 / 13:39

6 milyard dollar İrana qaytarılır

29 İyun, 26 / 13:31

İnsanlar niyə ağlayır ? Göz yaşlarının orqanizm üçün hansı əhəmiyyəti var ?

29 İyun, 26 / 13:29

“Məhkəmənin vəzifəsi istintaq orqanının gəldiyi nəticəni avtomatik təsdiqləmək deyil”

29 İyun, 26 / 13:18

Baş nazirdən ərzaqlıq buğda ilə bağlı – Sərəncam

29 İyun, 26 / 13:10

Xəzərin canlı xəzinəsi: Nərə balığı haqqında bilmədikləriniz

29 İyun, 26 / 13:06
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.