• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.8° Weather Columbus
$
1.7
€
1.9351
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Sosial

“Məhkəmənin vəzifəsi istintaq orqanının gəldiyi nəticəni avtomatik təsdiqləmək deyil”

29 İyun, 26 / 13:18
A A

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və bu anlayışın şərti məhkumetmədən fərqini izah edib.

“Avantaj.media” xəbər verir ki, hakimin sözlərinə görə, bəraət hökmü şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər:

– cinayət hadisəsi olmadıqda;

– şəxsin əməlində cinayət tərkibi olmadıqda;

– şəxsin cinayətin törədilməsinə aidiyyəti müəyyən edilmədikdə;

– şəxsin təqsirliliyi sübuta yetirilmədikdə.

M. Aslanov bildirib ki, bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs təqsirsiz hesab edilir. Hakim nümunə kimi qeyd edib ki, şəxs oğurluq cinayətində ittiham olunsa da, məhkəmə araşdırması zamanı onun həmin hadisə ilə əlaqəsinin olmadığı müəyyən edilərsə, məhkəmə bəraət hökmü çıxarmalıdır.

M. Aslanov vurğulayıb ki, məhkəmənin vəzifəsi istintaq orqanının gəldiyi nəticənii avtomatik təsdiqləmək deyil. Onun sözlərinə görə, məhkəmə təqdim olunan bütün sübutları müstəqil şəkildə araşdırır, onların qanuna uyğun əldə olunub-olunmadığını və etibarlılığını yoxlayır, yalnız bundan sonra yekun qərar qəbul edir.

“Bəzi hallarda məhkəmə araşdırması zamanı məhkəməyədək icraat mərhələsində qanun pozuntularına yol verildiyi, şəxslərin hüquqlarının pozulduğu və ya prosessual tələblərə lazımi qaydada əməl olunmadığı müəyyən edilir. Belə hallarda məhkəmə yalnız iş üzrə qərar verməklə kifayətlənmir, zəruri hesab etdikdə həmin pozuntuların səbəblərinin araşdırılması və gələcəkdə təkrarlanmaması məqsədilə məsul şəxslər barəsində tədbir görülməsi üçün xüsusi qərar da çıxara bilər”.

Hakim qeyd edib ki, cəmiyyətdə bəzən şərti məhkumetmə ilə bəraət hökmü eyni anlayış kimi qəbul edilir. Halbuki, bunlar hüquqi baxımdan tamamilə fərqli institutlardır:

“Şərti məhkumetmə zamanı şəxs təqsirli hesab olunur və ona cəza təyin edilir. Sadəcə, həmin cəzanın icrası müəyyən edilmiş sınaq müddəti ilə əlaqələndirilir. Bəraət hökmü zamanı isə məhkəmə şəxsin həmin cinayəti törətmədiyi və ya təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Bu halda şəxs tam şəkildə təqsirsiz hesab olunur. Qanunvericilik bəraət hökmündə şəxsin təqsirsizliyini şübhə altına ala biləcək hər hansı ifadədən istifadə olunmasını da qadağan edir”.

Bənzər Xəbərlər

Sosial

Pərviz Şahbazova ağır itki

İyun 29, 2026
Seismograph recording seismic activity on grid paper. Horizontal composition with copy space. Earthquake concept.
Sosial

Türkiyədə zəlzələ oldu

İyun 28, 2026
Sosial

Fransada paraşütçüləri daşıyan təyyarə qəzaya düşdü – Sağ qalan yoxdur

İyun 28, 2026
Sosial

Tanınmış alpinist infarkt keçirdi

İyun 28, 2026
Sosial

Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi

İyun 26, 2026
Sosial

Azərbaycanın Şəhid qardaşları – Bu hekayələri oxumaq asan deyil

İyun 26, 2026

XƏBƏR LENTİ

Evinizdə "ruh" var , yoxsa beyniniz sizi aldadır ?

29 İyun, 26 / 14:46

Bu gün və sabah geomaqnit qasırğası olması ehtimalı var

29 İyun, 26 / 14:42

Ramil Şeydayev Rusiya klubuna keçə bilər

29 İyun, 26 / 14:41

Nobel ala bilməyən dahi : Lev Tolstoyun maraqlı həyat hekayəsi

29 İyun, 26 / 13:47

Bakıda qardaşlar arasında ata mülkünə görə dava – Məhkəmə qərar verdi

29 İyun, 26 / 13:39

6 milyard dollar İrana qaytarılır

29 İyun, 26 / 13:31

İnsanlar niyə ağlayır ? Göz yaşlarının orqanizm üçün hansı əhəmiyyəti var ?

29 İyun, 26 / 13:29

“Məhkəmənin vəzifəsi istintaq orqanının gəldiyi nəticəni avtomatik təsdiqləmək deyil”

29 İyun, 26 / 13:18

Baş nazirdən ərzaqlıq buğda ilə bağlı – Sərəncam

29 İyun, 26 / 13:10

Xəzərin canlı xəzinəsi: Nərə balığı haqqında bilmədikləriniz

29 İyun, 26 / 13:06
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.