Sahibkar: “Əvvəl tikin dedilər, sonra məcbur sökdürdülər” – Şəmkirdə icra başçısından şikayət
Şəmkir rayon sakini olan sahibkar rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevdən narazılıq edir. Sahibkarın sözlərinə görə, pomidor məhsulunun yığılması və saxlanılması üçün inşa etdiyi “naves” sonradan sökülüb.
Sahibkarın iddiasına görə, əvvəlcə həmin tikilinin inşasına etiraz edilməyib. Lakin sonradan ona tikilinin sökülməli olduğu bildirilib və bunun rayon icra başçısının tapşırığı olduğu qeyd edilib.
“Bizə dedilər əvvəl tikin, sonra gəlib məcbur sökdülər. Dedilər ki, başçının tapşırığıdır. Bəs bizə dəyən zərəri kim ödəyəcək?” – deyə sahibkar bildirib.
Onun sözlərinə görə, sökülən “naves” pomidor məhsulunun yığılması, çeşidlənməsi və günəşdən qorunması məqsədilə inşa edilmişdi. Tikilinin sökülməsi nəticəsində sahibkara maddi ziyan dəydiyini iddia edir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Şəmkir Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı münasibətini dərc etməyə hazır olduğumuzu bildiririk.
















