• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.1° Weather Columbus
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Sosial

Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? Mağazalar satış naminə hansı sərhədləri aşır ? – Jurnalist Orxan Rasifoğlu yazır

04 Noyabr, 26 / 11:57
A A

Son vaxtlar sosial şəbəkələrdə geyim mağazalarının reklamlarına baxarkən istər-istəməz bir sual yaranır: Biz həqiqətən paltar reklamına baxırıq, yoxsa reklam adı altında cəmiyyətə başqa mesajlar ötürülür?

Bəzi mağaza sahibləri məhsullarını tanıtmaq üçün özlərini “model” adlandıran şəxslərin xidmətindən istifadə edirlər. Lakin bu reklamların bir qismində geyimin özü arxa plana keçir, diqqət isə nümayiş etdirilən açıq-saçıq görüntülərə, süni seksual davranışlara və izləyicinin diqqətini cəlb etmək üçün seçilən qeyri-etik təqdimat üsullarına yönəlir.

Əslində, geyim reklamının məqsədi sadədir: məhsulu tanıtmaq, onun keyfiyyətini, görünüşünü və üstünlüklərini alıcıya təqdim etmək. Bəs nə vaxtdan paltarın reklamı üçün insan bədəninin nümayişi əsas vasitəyə çevrilib?

Burada söhbət heç kimin geyim seçiminə və şəxsi azadlığına müdaxilədən getmir. Məsələ reklam adı altında cəmiyyətə təqdim olunan görüntülərin xarakteri və xüsusilə azyaşlıların da izlədiyi sosial şəbəkələrdəki məzmunun məsuliyyətidir.

Təəssüf ki, bəzi sahibkarlar daha çox baxış və satış əldə etmək naminə reklamla qeyri-etik təqdimat arasındakı sərhədi unudurlar. Nəticədə reklam olunan geyim deyil, nümayiş etdirilən açıq-saçıq görüntülər müzakirə mövzusuna çevrilir.

Məsələnin hüquqi tərəfi də var. Milli Məclisin qəbul etdiyi qanun dəyişikliyi ilə İnzibati Xətalar Məcəlləsinə 510.2-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, internetdə kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən, o cümlədən əxlaqsız ifadələr, müvafiq jestlər və insan bədəninin hissələrinin əxlaq normalarına zidd formada nümayişi ilə bağlı hərəkətlərə görə 500 manatdan 1000 manatadək cərimə və ya müəyyən hallarda bir ayadək inzibati həbs nəzərdə tutulur.

Eyni pozuntu inzibati tənbeh qərarı qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədilərsə, cərimə 1000 manatdan 2000 manatadək artır, yaxud bir aydan iki ayadək inzibati həbs tətbiq oluna bilər.

Deməli, reklam adı altında yayımlanan hər görüntü məsuliyyətdən kənarda qalmır. Lakin konkret paylaşımın bu maddəyə uyğun olub-olmaması hüquqi qaydada müəyyən edilməlidir.

Unutmayaq ki, paltar reklamının məqsədi geyimi tanıtmaqdır, açıq-saçıq görüntülərlə diqqət və qazanc əldə etmək yox!

Reklam satış vasitəsidir, cəmiyyətin mənəvi dəyərlərini kommersiya maraqlarına qurban vermək vasitəsi deyil!

Bənzər Xəbərlər

Sosial

Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi – VİDEO

Noyabr 5, 2026
Sosial

BMU-da Zəfər Günü qeyd olundu

Noyabr 5, 2026
Sosial

“10 ay pul ödədi, notbuku xarab oldu – Kontakt Home-dan müştəriyə 2395 manatlıq ŞOK TƏLƏB!”

Noyabr 5, 2026
Sosial

Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar – Rəhbərlikdən açıqlama gözlənilir

Noyabr 4, 2026
Sosial

Qarabağa 3.5 milyarda yaxın vəsait xərclənəcək

Noyabr 4, 2026
Sosial

Qanunsuz tikinti ilə gündəmə gələn rəisin vəzifəsi dəyişdirildi

Noyabr 3, 2026

XƏBƏR LENTİ

Şəkidə qəza : İki nəfər xəsarət aldı

05 Noyabr, 26 / 23:59

Sabah Yasamal və Nizami rayonlarında işıq olmayacaq

05 Noyabr, 26 / 23:58

Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib

05 Noyabr, 26 / 23:57

Qobustanda 5 AAYDA əməkdaşı göbələkdən zəhərləndi

05 Noyabr, 26 / 23:55

Minlərlə təyyarə səhralarda niyə saxlanılır ? Aviasiyanın görünməyən nəhəng dayanacaqları

05 Noyabr, 26 / 23:52

Tərk edilmiş tunellər kənd təsərrüfatı obyektinə çevrilir - İLGİNC..

05 Noyabr, 26 / 23:50

Okeanın dibindəki sərvət uğrunda mübarizə: Dərin dəniz mədənçiliyi nə ilə nəticələnə bilər ?

05 Noyabr, 26 / 23:45

Köhnə telefon və kompüterlər hara gedir ? Elektron tullantıların gizli təhlükəsi

05 Noyabr, 26 / 23:43

Vulkan püskürərkən göydə ildırım necə yaranır ? Təbiətin ən qeyri-adi hadisələrindən biri

05 Noyabr, 26 / 23:33

Köhnə kitabların qoxusu haradan gəlir ? Kağızın illərlə davam edən kimyəvi dəyişimi

05 Noyabr, 26 / 23:28
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.