• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
9.5° Weather Columbus
$
1.7
€
1.9037
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Sosial

Azərbaycan Televiziyası və Radiosu Günüdür

06 Noyabr, 26 / 9:43
A A

Hər il noyabrın 6-sı ölkəmizdə radio və televiziya işçilərinin peşə bayramı – Azərbaycan Televiziyası və Radiosu Günü kimi qeyd olunur.

Bu gün Azərbaycan televiziyasının 70, radiosunun isə 100 yaşı tamam olur.

Avantajmedia xatırladır ki, Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günündə ekranda Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib.

Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Polad bloklardan yığılmış 180 metrlik ilk televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. Həmin ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə “AzTV1” fəaliyyətə başlayıb.

1957-ci il iyunun 28-də ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib.

1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyaları, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiyası və studiya qurulub.

1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli TV (SECAM) yayıma keçid baş tutub.

1997-ci ildə I Respublika və Araz radioproqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.

2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb.

Həmin ildə “Azərbaycan” və “İctimai” radioları, eləcə də “İctimai” televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib.

Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmsal TV yayımına keçid tam başa çatdırılıb.

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramının qəbuluna imkan yaratmasıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat) Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyi Fatmayı – Sumqayıt – Xızı – Dağbilici (Şabran) – Yergüc – Quba istiqamətində, 185 km uzunluğunda radio-rele xəttinin rəqəmsal rekonstruksiyasını 2019-cu ildə başa çatdıraraq istismara verib. Bu, respublika ərazisində dövlət, ictimai, özəl və regional radio-TV proqramlarının region stansiyalarına çatdırılması üçün istismar olunan analoq radio-rele xətt şəbəkəsinin rəqəmsal rekonstruksiyası işləri çərçivəsində baş tutub.

2016-cı ildə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımının təmin olunması məqsədilə radiostansiyada əsaslı təmir-bərpa və rekonstruksiya işləri aparılmaqla, 1 nömrəli radiostansiyanın bazasında Alternativ radio-televiziya yayım stansiyası təşkil olunub.

“Teleradio” İB tərəfindən 2019-cu ilin avqust ayından ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Hazırda Bakı şəhəri və Abşeron yarımadasının istənilən nöqtəsində 218.6 MHz (11B) tezliyində bir paketdə 12 radio proqramın rəqəmli qəbulu mümkündür.

Bənzər Xəbərlər

Sosial

“Bu “Telegram” kanalları vasitəsilə rəsmi Tehranın regional siyasəti müdafiə edilir”

Noyabr 6, 2026
Sosial

Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi – VİDEO

Noyabr 5, 2026
Sosial

BMU-da Zəfər Günü qeyd olundu

Noyabr 5, 2026
Sosial

“10 ay pul ödədi, notbuku xarab oldu – Kontakt Home-dan müştəriyə 2395 manatlıq ŞOK TƏLƏB!”

Noyabr 5, 2026
Sosial

Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar – Rəhbərlikdən açıqlama gözlənilir

Noyabr 4, 2026
Sosial

Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? Mağazalar satış naminə hansı sərhədləri aşır ? – Jurnalist Orxan Rasifoğlu yazır

Noyabr 4, 2026

XƏBƏR LENTİ

FHN bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

06 Noyabr, 26 / 11:25

“Bu “Telegram” kanalları vasitəsilə rəsmi Tehranın regional siyasəti müdafiə edilir”

06 Noyabr, 26 / 11:22

Şəhər səs-küyü insanların həyat keyfiyyətini aşağı salır: Görünməyən sağlamlıq problemi

06 Noyabr, 26 / 11:20

Sürətli moda ətraf mühitə necə təsir edir ? Ucuz geyimlərin görünməyən qiyməti

06 Noyabr, 26 / 11:18

Köhnə batareyalar evlərdə təhlükə mənbəyinə çevrilə bilər: Bu səhvi etməyin

06 Noyabr, 26 / 11:15

Süni intellekt iş yerlərini dəyişir: Yeni dövrdə hansı bacarıqlar ön plana çıxacaq ?

06 Noyabr, 26 / 11:14

Məktəbə gedən uşaqların təhlükəsizliyi kimlərin məsuliyyətindədir ? Nəqliyyat məsələsi yenidən gündəmdə

06 Noyabr, 26 / 11:12

Ölüm hökmlərini , ömürlük cəza ilə əvəz etdi

06 Noyabr, 26 / 11:09

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi – Qadın öldü

06 Noyabr, 26 / 11:07

“Azeri Light” bahalaşdı

06 Noyabr, 26 / 11:04
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.