• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.3° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Ölkə

Belarus və Azərbaycan strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir

30 İyun, 26 / 22:45
A A

Belarus və Azərbaycan siyasi dialoqu, iqtisadi əməkdaşlığı və humanitar əlaqələri genişləndirərək strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir.

“Report” xəbər verir ki, bu barədə Belarusun Müstəqillik Günü münasibətilə Bakıda keçirilən qəbulda bu ölkənin Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.

Onun sözlərinə görə, iki ölkə prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyevin rəhbərliyi altında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.

“Ölkələr arasında strateji tərəfdaşlıq möhkəmlənir, siyasi dialoq, humanitar əlaqələr və birbaşa regional təmaslar inkişaf edir, bu da qarşılıqlı ticarət dövriyyəsinin artmasında və birgə layihələrin sayının çoxalmasında öz əksini tapır”, – diplomat qeyd edib.

Səfir bildirib ki, ötən il ərzində hökumət başçılarının, baş nazir müavinlərinin, hökumətlərarası komissiya həmsədrlərinin, bir sıra nazirlik və idarə rəhbərlərinin, həmçinin iki ölkənin işgüzar dairə nümayəndələrinin 40-a yaxın qarşılıqlı səfəri baş tutub.

Pineviçin sözlərinə görə, Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Ağdam, Xankəndi və bütövlükdə Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycanın müxtəlif regionlarında Belarusla Azərbaycanın birgə layihələri həyata keçirilir.

Diplomat, həmçinin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) Belarus nümayəndə heyətinin yüksək səviyyədə iştirakını xatırladıb, tədbirin uğurla təşkil olunması münasibətilə Azərbaycanı təbrik edib.

“Göstərilən yardıma və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirik. Əminəm ki, forumun yüksək səviyyədə təşkil olunduğu barədə bu fikri bütün diplomatik korpus bölüşür”, – o deyib.

Pineviç Belarus-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri kimi Azərbaycan Baş nazirinin müavini Samir Şərifova minnətdarlığını ifadə edərək, ötən ilin iyulundan bəri Bakı və Minskdə keçirilən komissiyanın iki iclasının mövcud qarşılıqlı əlaqə mexanizminin səmərəliliyini təsdiq etdiyini vurğulayıb.

Bundan əlavə, diplomat Azərbaycan Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin, dövlət orqanlarının rəhbərliyinə və əməkdaşlarına, biznes ictimaiyyətinin, təhsil və mədəniyyət müəssisələrinin, KİV-lərin və diplomatik korpusun nümayəndələrinə Belarus-Azərbaycan əməkdaşlığının inkişafına verdikləri töhfəyə görə təşəkkür edib.

Sonda Dmitri Pineviç Azərbaycanı 26 iyunda qeyd olunan Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək, sülhün və təhlükəsizliyin qorunması məqsədilə iki ölkə arasında gələcək məhsuldar əməkdaşlığa əmin olduğunu vurğulayıb.

Bənzər Xəbərlər

Ölkə

Sabah hava necə olacaq ?

İyul 1, 2026
Ölkə

Bu gündən “BakıKart”ın qiyməti 3 manat oldu

İyul 1, 2026
Ölkə

Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib

İyul 1, 2026
Ölkə

Azərbaycan ilk dəfə baytarlıq vaksini istehsal edəcək

İyun 30, 2026
Ölkə

İyulun ilk günü yağış yağacaq

İyun 30, 2026
Ölkə

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

İyun 29, 2026

XƏBƏR LENTİ

“3 il keçdi, amma gözümün yaşı qurumur”

01 İyul, 26 / 16:09

Səsli kitablar faydalıdırmı ?

01 İyul, 26 / 16:04

Türkiyə boğazlarda tranzit haqqını artırdı

01 İyul, 26 / 16:01

Tələbələr üçün faydalı məşğuliyyətlər : Zamanı inkişafa çevirməyin yolları

01 İyul, 26 / 15:58

53 yaşlı qadın göldə boğuldu

01 İyul, 26 / 15:56

Belçika yığması Seneqal səddini aşmağa çalışacaq

01 İyul, 26 / 14:19

Ufada neft emalı zavodu vuruldu – Foto

01 İyul, 26 / 14:13

Tülkülər : Nağılların hiyləgər qəhrəmanı , yoxsa təbiətin ağıllı sakini ?

01 İyul, 26 / 14:09

Müasir rəqəmsal inkişaf quruculuğuna böyük töhfə

01 İyul, 26 / 14:06

Sabah hava necə olacaq ?

01 İyul, 26 / 14:03
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.