Lənkəranda axtarışda olan gənclərin meyitləri tapılıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.
Belə ki, bir neçə gündür ailə üzvləri tərəfindən axtarışda olan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəran rayonunun “İbadi” deyilən meşəlik ərazidə tapılıb.
Hazırda onların ölüm səbəbləri araşdırılır.
















