Məhsulun üzərindəki yazılar nəyi gizlədir ? Alıcılar etiketləri niyə diqqətlə oxumalıdır
Marketlərdə məhsul seçərkən istehlakçıların böyük hissəsi ilk növbədə qiymətə, qablaşdırmaya və məhsulun xarici görünüşünə diqqət yetirir. Halbuki alış-veriş zamanı ən vacib məlumatlardan biri məhsulun etiketində göstərilir.
Tərkib siyahısı, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və allergen məlumatları istehlakçının düzgün seçim etməsinə kömək edir.
Xüsusilə oxşar qablaşdırmada təqdim olunan məhsulların tərkibi fərqli ola bilər. Reklam xarakterli ifadələr isə hər zaman məhsulun qida dəyəri barədə tam təsəvvür yaratmır.
Digər diqqətçəkən məqam məhsulun saxlanma şəraitidir. İstehsalçı tərəfindən göstərilən temperatur rejiminə əməl edilmədikdə məhsulun keyfiyyəti və təhlükəsizliyi risk altına düşə bilər.
İstehlakçıların yalnız məhsulun qiymətinə əsaslanması düzgün yanaşma deyil. Etiketdəki məlumatların müqayisə edilməsi daha şüurlu alış-veriş üçün vacibdir.
















