• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Ölkə

Regionlara əlavə qatar reysləri təyin ediləcək

12 İyun, 26 / 22:32
A A

“Azərbaycan Dəmir Yolları” QSC yay mövsümü ilə əlaqədar olaraq bəzi istiqamətlərdə əlavə qatar reysləri təşkil edəcək.

 

“Avantaj.media” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

 

Bildirilib ki, 13 iyun-31 avqustda Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatarlar hər şənbə və bazar günləri hərəkət edəcək.

 

“Həmçinin 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bu istiqamətdə əlavə reyslər təşkil olunacaq.

 

Qatar Bakıdan şənbə günləri saat 08:30-da, Ağstafadan isə bazar günləri saat 17:15-də yola düşəcək.

 

Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə iyunun 6-dan etibarən həftəsonları hər iki istiqamətdə səfərlər həyata keçirilir. Sərnişin axınının qarşılanması məqsədilə iyunun 26-ı bu marşrut üzrə əlavə reys də təyin olunub.

Ətraflı

 

Bundan başqa, iyulun 4-dən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlar Ucar stansiyasında da dayanacaq. Yenilik bölgə sakinlərinin və sərnişinlərin dəmir yolu xidmətlərindən daha rahat istifadə etməsinə şərait yaradacaq.

 

Qatar Bakıdan Qəbələ istiqamətində saat 07:30-da, Qəbələdən isə Bakıya saat 19:00-da yola düşür.

 

ADY həmçinin Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişiklik edib. Belə ki, iyulun 1-dən etibarən qatar Bakıdan saat 23:30-da, Balakəndən isə saat 21:10-da yola düşəcək.

 

Sərnişin tələbatının qarşılanması məqsədilə 12 və 13 iyun tarixlərində Bakıdan və Balakəndən hərəkət edəcək qatarların vaqon sayı artırılaraq 9-a çatdırılacaq.

 

Xatırladaq ki, 6 iyundan etibarən rayonlararası istiqamətlər üzrə səfərlər Dərnəgül stansiyasından da təşkil olunur.

 

Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü qeyri-iş günü qrafikinə uyğun fəaliyyət göstərəcək”, – deyə məlumatda qeyd edilib.

Bənzər Xəbərlər

Ölkə

Yağış, dolu, şimşək… – Faktiki hava

İyun 20, 2026
Ölkə

Ağstafaya iri həcmli dolu düşdü

İyun 20, 2026
Ölkə

Çimərliklərdə 24 dərəcə isti olacaq

İyun 20, 2026
Ölkə

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

İyun 20, 2026
Ölkə

Culfada hərbçi dəm qazından öldü

İyun 20, 2026
Ölkə

Bəzi ərazilərdə qaz kəsiləcək – XƏBƏRDARLIQ

İyun 19, 2026

XƏBƏR LENTİ

Yay aylarında bal ilə yemişi birlikdə yemək həqiqətən zəhərlənmə yaradırmı ?

20 İyun, 26 / 23:30

ADPU-nun müəllimi vəfat etdi

20 İyun, 26 / 23:26

Yağış, dolu, şimşək… – Faktiki hava

20 İyun, 26 / 23:18

Dünyanın ən sirli meşəsi : İnsanları qorxu və heyrətə salan meşə

20 İyun, 26 / 23:12

Netanyahu Livanla bağlı əmr verdi

20 İyun, 26 / 23:06

67 yaşlı qadının meyiti tapıldı

20 İyun, 26 / 23:04

Gənclərin teatra marağını necə artırmalı ? Səbəblər və həll yolları nələrdir ?

20 İyun, 26 / 22:48

“Qarabağ” “Zirə”i məğlub etdi

20 İyun, 26 / 22:42

Ağstafaya iri həcmli dolu düşdü

20 İyun, 26 / 22:37

Sosial şəbəkələrdə təhqir edən şəxsləri hansı cəza gözləyir ? – Vəkil açıqladı

20 İyun, 26 / 19:45
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.