• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9633
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Özəl

Boşanma zamanı uşaqların psixoloji durumuna xüsusi diqqət yetirilməlidir – Psixoloq

10 İyun, 26 / 16:38
A A

Boşanma zamanı uşaqların psixoloji durumuna xüsusi diqqət yetirilməlidir – Psixoloq

Ailədaxili münasibətlərin pozulması və boşanma prosesi ən çox uşaqların psixoloji vəziyyətinə təsir edən amillərdən biri hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, valideynlər ayrılıq prosesini düzgün idarə etdikdə uşaqların ciddi psixoloji travma yaşamasının qarşısını almaq mümkündür.

Bu barədə psixoloq Fərqanə Mehmanqızı Avantaj.media-ya danışıb.

Psixoloqun sözlərinə görə, ilk növbədə valideynlər boşanma mədəniyyətinə riayət etməli və ayrılıq prosesini qarşılıqlı hörmət çərçivəsində həyata keçirməlidirlər.

“Əgər valideynlər ayrılığı düzgün şəkildə idarə etsələr, uşaqda ağır travmaların yaranma ehtimalı azalacaq. Uşağa izah edilməlidir ki, valideynlərin ər-arvad münasibəti başa çatsa da, onların ana və ata olmaq məsuliyyəti dəyişmir. Uşaq bilməlidir ki, hər iki valideyn bundan sonra da onun yanında olacaq və ona dəstək göstərəcək”, – deyə o bildirib.

Fərqanə Mehmanqızı qeyd edib ki, valideynlərin uşağın yanında bir-birini təhqir etməsi, günahlandırması və ya uşağı qarşı tərəfə qarşı vasitə kimi istifadə etməsi ciddi mənfi nəticələrə səbəb ola bilər.

“Uşağın yanında valideynlərdən biri digərinin ünvanına mənfi fikirlər səsləndirirsə, bu, uşağın psixologiyasına ciddi təsir göstərir. Hər bir valideyn özünü uşağın yerinə qoymalı, empatiya qurmalıdır. Çünki uşaq üçün həm ana, həm də ata dəyərlidir”, – deyə psixoloq vurğulayıb.

Mütəxəssis hesab edir ki, valideynlər ayrılıq səbəblərindən asılı olmayaraq övladlarının gələcəyini və psixoloji sağlamlığını hər zaman ön planda saxlamalıdırlar.

Onun sözlərinə görə, evlənərkən necə etik dəyərlərə önəm verilirsə, ayrılarkən də həmin prinsiplər qorunmalıdır.

Psixoloq əlavə edib ki, tərəflər bu prosesin öhdəsindən təkbaşına gələ bilmədikdə mütləq peşəkar dəstəyə müraciət etməlidirlər.

“Valideynlər və uşaqlar bu mərhələni mümkün qədər az psixoloji zərərlə keçirməlidirlər. Bunun üçün lazım gəldikdə psixoloq və digər mütəxəssislərin köməyindən istifadə olunmalıdır”, – deyə Fərqanə Mehmanqızı bildirib.

Bənzər Xəbərlər

Özəl

Dünyanın ən zəngin bankı hansıdır ? – Trilyonlarla dollarlıq nəhəng

Avqust 5, 2026
Özəl

Çin texnologiyada dünyaya meydan oxuyur – Ən güclü sahələr hansılardır ?

Avqust 5, 2026
Özəl

Dünyanın ən qədim idman oyunu hansıdır ?

Avqust 5, 2026
Özəl

Dünyanın ən bahalı ekzotik meyvəsi hansıdır ? 

Avqust 5, 2026
Özəl

Cəmi 2 həftə çörək yeməsəniz , bədəninizdə nə baş verər ?

Avqust 5, 2026
Özəl

Çayımıza milçək düşsə, onu içmək olarmı ? Mütəxəssislər xəbərdarlıq edir

Avqust 5, 2026

XƏBƏR LENTİ

Patron tumunun içindən siqaret kötüyü çıxdı

06 Avqust, 26 / 12:11

Dalaşan gəncləri ayırarkən öldürülən Azərin – Fotosu

06 Avqust, 26 / 12:04

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

06 Avqust, 26 / 11:33

Ağstafada mağaza sahibi müştərini ürəyindən bıçaqladı

06 Avqust, 26 / 1:52

Dünyanın ən zəngin bankı hansıdır ? – Trilyonlarla dollarlıq nəhəng

05 Avqust, 26 / 23:46

Çin texnologiyada dünyaya meydan oxuyur – Ən güclü sahələr hansılardır ?

05 Avqust, 26 / 23:42

Dünyanın ən qədim idman oyunu hansıdır ?

05 Avqust, 26 / 23:06

Dünyanın ən bahalı ekzotik meyvəsi hansıdır ? 

05 Avqust, 26 / 23:01

Azərbaycanda iki klubun adı dəyişdirildi

05 Avqust, 26 / 18:53

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar (SİYAHI)

05 Avqust, 26 / 18:51
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.