Patron tumunun içindən siqaret kötüyü çıxdı
“Avantaj.media” “Real Azərbaycan” na istinadən xəbər verir ki , sosial şəbəkədə fəaliyyət göstərən “Müştəriyəm, şikayətim var” qrupunda Cəfər Kazımov “Patron” markalı tum məhsulu ilə bağlı narazılığını bölüşüb.
Onun sözlərinə görə, aldığı tum paketini açarkən içərisindən siqaret kötüyü çıxıb.
İstehlakçı bildirib ki, bu ilk hal deyil:
“Ümumiyyətlə, “Patron” tumundan dəfələrlə siqaret iyi gəldiyini hiss etmişəm. Amma bu dəfə içindən siqaret kötüyünün çıxması məni həqiqətən də şoka saldı. Bu da şirkətin bizə satdığı məhsuldur.”
Paylaşım müəllifi hesab edir ki, belə halların təkrarlanması məhsulun istehsal və keyfiyyətə nəzarət prosesində ciddi problemlərin ola biləcəyini göstərir. O, şirkətin müştəri məmnuniyyətinə lazımi səviyyədə önəm vermədiyini iddia edib.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyi məlum deyil. Şirkətin açıqlaması olduğu təqdirdə onu da dərc etməyə hazırıq.

















