• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.1° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Ölkə

Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? – Rəsmi açıqlama

18 İyun, 26 / 22:15
A A

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqi ilə bağlı yayılan məlumatlardan sonra vətəndaşlar arasında bir sıra suallar yaranıb.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən Oxu.az-a açıqlama verilib.

Bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar suyun götürülməsi, tullantı sularının su obyektlərinə axıdılması və ya su akvatoriyasından istifadə nəzərdə tutulur. Bu fəaliyyətlər hidrotexniki qurğular, nasoslar, artezian və subartezian quyuları, kanallar, borular və digər xüsusi texniki vasitələrdən istifadə edilməklə həyata keçirilir.

Qurum vurğulayıb ki, xüsusi məqsədlər üçün istifadə ilə bağlı icazə yalnız hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün tələb olunur.

Açıqlamaya görə, vətəndaşlar çimərlikdən istifadə etmək, qayıqla gəzmək, idmanla məşğul olmaq, həvəskar balıq ovu aparmaq, mal-qaranı suvarmaq və digər şəxsi ehtiyaclarını ödəmək üçün su obyektlərindən ödənişsiz istifadə edə bilərlər.

Həmçinin mərkəzləşdirilmiş su təchizatı olmayan ərazilərdə torpaq sahibləri öz ehtiyaclarını təmin etmək məqsədilə torpaq sahələrinin hüdudlarında birinci təzyiqsiz sulu horizontdan istifadə etmək üçün quyu qaza və istismar edə bilərlər.

“Vətəndaş həyətində qazdığı quyudan içməli və ya suvarma məqsədilə istifadə edirsə, yaxud çay və digər su obyektlərindən şəxsi təsərrüfatı üçün su götürürsə, bunun üçün icazə almasına və hər hansı ödəniş etməsinə ehtiyac yoxdur”, – məlumatda qeyd olunub.

Qurum tullantı sularının su obyektlərinə axıdılması qaydalarına da aydınlıq gətirib. Bildirilib ki, sahibkarlar yalnız tərkibindəki çirkləndirici maddələrin miqdarı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan tullantı sularını su obyektlərinə axıda bilərlər. Normativlərə uyğun olmayan tullantı suları isə əvvəlcədən xüsusi təmizləyici qurğularda təmizlənməlidir.

ADSEA-nın məlumatına görə, Xəzər dənizində kiçikhəcmli gəmilərin saxlanılması üçün su akvatoriyasından istifadə edənlər, çaylarda qəfəs balıqçılığı ilə məşğul olanlar, həmçinin artezian və ya subartezian quyularının suyundan istehsalat və ya qablaşdırma məqsədilə istifadə edən sahibkarlar xüsusi məqsədlər üçün istifadə icazəsi almalıdırlar.

Qeyd olunub ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli, 99 nömrəli qərarı ilə təsdiqlənib və istifadə olunan su mənbəyindən, eləcə də fəaliyyət növündən asılı olaraq dəyişir.

Xatırladaq ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq.

Sənaye məqsədilə Xəzər dənizindən götürülən hər 100 kubmetr suya görə 0.4 manat, çay və göllərdən götürülən hər 100 kubmetr suya görə 4 manat, yeraltı sulardan götürülən hər 100 kubmetr suya görə isə 40 manat ödəniş müəyyənləşdirilib.

Eyni zamanda, Xəzər dənizinə axıdılan hər 100 kubmetr tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan hər 100 kubmetr tullantı suyu üçün isə 4 manat ödəniş nəzərdə tutulur.

Bənzər Xəbərlər

Ölkə

Taksilərlə bağlı YENİLİK- ARTIQ BU CÜR OLACAQ

İyun 18, 2026
Ölkə

Yağış , dolu, 38 dərəcə isti… – Sabahın havası

İyun 18, 2026
Ölkə

Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı oldu

İyun 18, 2026
Ölkə

Meyvə və tərəvəzin GMO olub-olmadığını necə anlamaq olar ? - İri ölçü , göz qamaşdıran parıltı

İyun 18, 2026
Ölkə

3 nəfər 400 bal toplasa da, 700-ə çatan olmadı

İyun 17, 2026
Ölkə

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

İyun 17, 2026

XƏBƏR LENTİ

DÇ-2026: Kanada Qətərin “daşını daş üstə qoymadı”, Meksikaya 1 qol bəs etdi

19 İyun, 26 / 11:28

Kişilər bu hərəkətləri qətiyyən etməsin – Cinsi zəiflik yarana bilər

19 İyun, 26 / 11:09

ABŞ-İran danışıqları ləğv edildi – KİV

19 İyun, 26 / 11:05

Xankəndiyə qayıdırlar – FOTOLAR

19 İyun, 26 / 11:01

İstilərin kabusuna çevrilən ağcaqanadlar niyə gecə iş başında olur ?

19 İyun, 26 / 10:50

Azərbaycanlı gənc Qara dənizdə boğuldu – Foto

19 İyun, 26 / 10:38

Neftimiz bu gün də ucuzlaşdı

19 İyun, 26 / 10:35

Südü çiy içməyin xeyirləri olduğu kimi fəsadları da var

18 İyun, 26 / 23:57

“Sadovod” bazarındakı yanğında iki azərbaycanlı yaralanıb

18 İyun, 26 / 23:51

Pendirin bu xeyrini bilirdiniz ?

18 İyun, 26 / 23:45
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.