• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28.3° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Təhsil

Şagirdlərin dərs vaxtı mobil və elektron cihazlardan istifadəsi qadağan edilib – YENİ QAYDALAR

29 İyun, 26 / 18:02
A A

Şagirdlərin dərs vaxtı mobil və elektron cihazlardan istifadəsi qadağan edilib – YENİ QAYDALAR

Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib.

“Avantaj.media” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Bu Qaydalar məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində (bundan sonra – müəssisə) təhsilalanların mobil və elektron cihazlardan istifadə qaydalarını tənzimləyir.

Mobil və elektron cihazlar dedikdə səsli və görüntülü rabitə, internetə çıxış, məlumatın emalı, saxlanılması və ötürülməsi, oyunların oynanılması, habelə multimedia funksiyalarının icrası üçün istifadə olunan mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər analoji daşına bilən elektron qurğular nəzərdə tutulur.

Mobil və elektron cihazlardan istifadəyə dair tələblərə gəlincə, təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağandır.

Müəssisəyə təhsilalanlar tərəfindən gətirilən mobil və elektron cihazlar dərs (məşğələ) müddətinin sonunadək müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş saxlama yerlərində (mobil qutular, şkaflar və s.) söndürülmüş vəziyyətdə və ya səssiz rejimdə saxlanılmalıdır.

Təhsilalanlar dərs (məşğələ) zamanı mobil və elektron cihazlardan yalnız təhsilverənin icazəsi ilə və onun nəzarəti altında tədris məqsədləri üçün (elektron dərs materiallarına çıxış, tədris tətbiqlərindən istifadə, təqdimat və tədqiqat işləri məqsədilə istifadə və s.) köməkçi vasitə kimi istifadə edə bilərlər.

Təhsilalanlar müəssisənin ərazisində mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) informasiya mübadiləsi üçün istifadə edə bilərlər.

Müəssisədə qaydaların icrasına nəzarət müəssisənin daxili intizam qaydaları ilə müəyyən ediləcək.

Qaydaların pozulması halları aşkar edildikdə müəssisə rəhbərliyi tərəfindən 1 iş günü müddətində təhsilalanın valideynləri (və ya digər qanuni nümayəndələri) bu barədə məlumatlandırılacaq və qabaqlayıcı tədbirlər (təhsilalanla fərdi profilaktik söhbətin aparılması, valideynin (və ya digər qanuni nümayəndənin) məktəbə dəvət olunaraq təhsilverənlərin iştirakı ilə birgə müzakirənin keçirilməsi, təhsilalanın məktəbdənkənar fəaliyyətlərə və tərbiyəvi tədbirlərə cəlb edilməsi və s.) həyata keçirəcək.

Bənzər Xəbərlər

Təhsil

Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix – AÇIQLANDI

İyun 28, 2026
Təhsil

I ixtisas qrupu üzrə bir abituriyent 700 bal topladı

İyun 24, 2026
Təhsil

“Pulsuz təhsil dünyanın heç yerində yoxdur” – Nazir

İyun 24, 2026
Təhsil

Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində… – İDDİA

İyun 23, 2026

XƏBƏR LENTİ

Sultanın qarşısına eynəkdə çıxdı – “Həyat yoldaşı şillə vurub”

29 İyun, 26 / 20:33

Gizli dinlənirik ? Smartfonlarla bağlı ən böyük mübahisə

29 İyun, 26 / 20:27

“Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir”

29 İyun, 26 / 20:17

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

29 İyun, 26 / 20:11

Öləndən sonra sosial şəbəkə hesablarımıza nə olur ? – Rəqəmsal dünyada yaşayan izlərimiz

29 İyun, 26 / 19:59

Skuterdən mobil telefon oğurlayan şəxs saxlanıldı

29 İyun, 26 / 19:50

Arxitektura insan psixologiyasına necə gizli təsir edir ?

29 İyun, 26 / 19:43

Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar

29 İyun, 26 / 19:39

Penitensiar xidmətə qəbul qaydalarında dəyişiklik edildi – QƏRAR

29 İyun, 26 / 19:16

İnsanlar yaşlandıqca zamanın niyə daha sürətli keçdiyini hiss edirlər ?

29 İyun, 26 / 19:11
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.