Ədliyyə Nazirliyinin qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması qaydalarında dəyişiklik edilib.
Avantaj.media xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Penitensiar xidmətə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək istəyən şəxslər fiziki hazırlığın yoxlanılmasından əvvəl yaşadıqları ərazi üzrə dövlət tibb müəssisəsindən alınmış sağlamlıq vəziyyəti haqqında tibbi arayış təqdim etməlidirlər.
















