• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9633
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Kriminal

“Arzum 40 dəqiqə hadisə yerində olub” – Tiktokerin məhkəməsində şahid danışdı

31 İyul, 26 / 16:45
A A

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum” ləqəbli tiktoker İlduzə Hacıyeva apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

“Unikal”ın verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Əvvəlcə zərərçəkmiş şəxsin vəkili tərkibə etiraz edib. Vəkil buna səbəb kimi apellyasiya şikayətinin müddəti bitməmiş hazırlıq iclasının keçirilməsi və təqsirləndirilən şəxs barədə ev dustaqlığı qərarının qəbul edilməsini göstərib.

Məhkəmə qısa müşavirədən sonra etirazı təmin etməyib. Zərərçəkmiş (red-yol qəzasında ölən Amal) şəxsin hüquqi varisi, mərhumun anası şikayətçi olduğunu və təqsirləndirilən şəxsin anasının barışıq üçün danışıqlar etməsini bildirib.

Daha sonra dövlət ittihamçısı Tural Qəhrəmanov ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs İlduzə Hacıyeva ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib və məhkəmədə ilk dəfə ifadə verib :

“İyun ayında qızım Naibə ilə Bakıya 12 günlük səfərə gəlmişdim. Hadisə günü dəniz kənarı ailəvi istirahət mərkəzlərinin birində qızım və Müjgan adlı tanışıma istirahət edirdik. Axşam saatlarında bağa geri qayıdırdıq. Çünki bir ay öncə Almaniyaya gediş-gəliş biletini almışdım. Bağa çatmağıma az qalmışdı ki arxamdan sürətlə biri ötmə əməliyyatı etdi və qarşıdakı daş hasara çırpılıb bir neçə dəfə aşdı. Bu hadisənin şokunu yaşadım və tanışım Müjgan bildirdim ki dərhal qarşı tərəf üçün təcili yardım çağırsın. Mənim panik atakım olduğu üçün özümdən getdim. Məni xəstəxanaya apardılar ilkin tibbi yardımdan sonra bağa gedib əşyaları toplayıb hava limanına getdik. Avtomobili isə hadisə yerindən xəstəxanaya və bağa ardınca da aeroporta hadisə yerində olan vətəndaşlardan biri idarə edib. Mən hadisədən sonra iki dəfə müstəntiq tərəfindən iki dəfə Azərbaycana çağırılmışam. Hadisədən sonra qarşı tərəfdən dəfələrlə hədə-qorxu mesajları almışam. Avtomobil yanımdan ötərkən maşınıma toxunmayıb. Mən 18 ildi ki avtomobil idarə edirəm, əgər toxunsaydı hiss edərdim. Hadisə baş verən zaman qızım Naibə ilə də maraqlandım”.

Daha sonra şahid qismində bir neçə gün öncə inzibati qaydada həbs edilən Müjgan Məmmədzadə ifadə verib:

“Hadisə günü dənizkənarı restorandan bağa qayıdırdıq. Məndə maşında arxada oturmuşdum. Həmin zaman Tiktokda canlı yayım açmışdım. Qəflətən arxadan sürətlə gələn maşın yanımızdan ötüb daş hasara cırpıldı və 3 dəfə aşdığının şahidi oldum. Bizim maşına toxunmamışdı. Təcili yardıma zəng etdim və Arzumun səhhəti pisləşdiyindən ona su tapıb verdim. Daha sonra Arzumu xəstəxanaya apardıq, orda ona tibbi yardım göstərdilər və əşyaları toplamaq üçün bağa getdik. Sonra isə aeroporta getdik”.

Məhkəmədə təqsirləndirilən şəxsin vəkili Hikmət Əliyev hadisə yerində olan əlavə iki şahidin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin edərək həmin iki şahidi dindirib.

Hüseyn Əliyev bildirib ki, həmin ərazidə onun ticarət mərkəzi var və tanışı ilə orda söhbət edən zaman qəza səsini eşidib:

“Dərhal qəza yerinə getdik. 102 xidmətinə məlumat verdim. İlduzə Hacıyevanın vəziyyəti çox pis idi. Rəhmətlik Amal bəy isə çoxlu qan itirmişdi. Onu birinci təcili yardım avtomobilinə ardınca da Sənubər xanımı yerləşdirdik. İlduzə xanım 40 dəqiqə hadisə yerində olub “.

Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin edilib.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən “Arzum” ləqəbli tiktoker İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəməyə xanım tiktokerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

“Arzum” ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

 

Mənsurə Şirinova

Bənzər Xəbərlər

Kriminal

Dalaşan gəncləri ayırarkən öldürülən Azərin – Fotosu

Avqust 6, 2026
Kriminal

Ağstafada mağaza sahibi müştərini ürəyindən bıçaqladı

Avqust 6, 2026
Kriminal

Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Avqust 5, 2026
Kriminal

14 yaşlı yeniyetməyə kəsici-deşici alətlə xəsarət yetirildi – Araşdırma aparılır

Avqust 3, 2026
Kriminal

Daha bir tiktoker həbs edildi

Avqust 1, 2026
Kriminal

Çimərlikdə oğurluq edən şəxs saxlanıldı

İyul 31, 2026

XƏBƏR LENTİ

Patron tumunun içindən siqaret kötüyü çıxdı

06 Avqust, 26 / 12:11

Dalaşan gəncləri ayırarkən öldürülən Azərin – Fotosu

06 Avqust, 26 / 12:04

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

06 Avqust, 26 / 11:33

Ağstafada mağaza sahibi müştərini ürəyindən bıçaqladı

06 Avqust, 26 / 1:52

Dünyanın ən zəngin bankı hansıdır ? – Trilyonlarla dollarlıq nəhəng

05 Avqust, 26 / 23:46

Çin texnologiyada dünyaya meydan oxuyur – Ən güclü sahələr hansılardır ?

05 Avqust, 26 / 23:42

Dünyanın ən qədim idman oyunu hansıdır ?

05 Avqust, 26 / 23:06

Dünyanın ən bahalı ekzotik meyvəsi hansıdır ? 

05 Avqust, 26 / 23:01

Azərbaycanda iki klubun adı dəyişdirildi

05 Avqust, 26 / 18:53

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar (SİYAHI)

05 Avqust, 26 / 18:51
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.