Sosial Xidmətlər Agentliyinin razılığı, “Səhliyalı” şirkətinin təşkilatçılığı ilə sentyabrın 9-da Lənkəran şəhərində yerləşən Osman Mirzəyev adına 5 saylı uşaq evində xeyriyyə tədbiri keçirilib.
Avantaj.media xəbər verir ki , Tədbirin açılışını aparıcı Xədicə Həsənova edib və iştirakçılara “Səhliyalı” barədə qısa məlumat çatdırıb, şirkət rəhbərliyi adından onları salamlayıb.
Sosial xidmət müəssisəsinin rəhbəri vəzifəsini icra edən Venera Yusubova çıxış edərək uşaq evindəki sakinlərin dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb, bununla yanaşı, tədbirin təşkilinə görə “Səhliyalı” şirkətinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.
Daha sonra şirkətin məsul şəxslərindən Kamal Mustafayevə söz verilib və o qeyd edib ki, təmsil etdiyi müəssisə əhalinin aztəminatlı təbəqəsi, ahıllar və valideyn himayəsindən məhrum uşaqlar üçün mütəmadi olaraq bu cür xeyriyyə aksiyaları həyata keçirir.
Bundan sonra tədbirdə tanınmış müğənnilər və “Nənələr” folklor qrupunun üzvləri öz çıxışları ilə uşaqlara xoş anlar yaşadıblar.
Bir sıra əyləncəli personajların təqdim etdiyi yarışmalar da uşaqlar tərəfindən maraqla qarşılanıb.Tədbirin sonunda uşaq evinin sakinlərinə şirkət əməkdaşları tərəfindən dadlı təamlar təqdim edilib.
















