Dəyərli Avantaj.media izləyiciləri,
Nəzərinizə çatdırmaq istəyirik ki, Avantaj.media-nın baş redaktoru Aslan Aslanov ilə əmək müqaviləsinin başa çatması səbəbindən qarşılıqlı razılıq əsasında əməkdaşlığımıza son verilmişdir.
Media olaraq əsas məqsədimiz cəmiyyət üçün önəm daşıyan mövzuları operativ, obyektiv və şəffaf şəkildə işıqlandırmaqdır. Bu prinsiplərə sadiq qalaraq fəaliyyətimizi əvvəlki qaydada davam etdirəcəyik.
Gündəlik qarşılaşdığınız problemləri, ictimai əhəmiyyət kəsb edən hadisələri və gündəmdə olan mövzuları bundan sonra da sizin üçün araşdıracaq, işıqlandıracaq və ictimaiyyətə çatdıracağıq.
Bizi izlədiyiniz və etimad göstərdiyiniz üçün hər birinizə təşəkkür edirik.
4 avqust 2026 cı il
İcraçı Direktor : Emil Müzəffərli
















