Tehran əyalətinin Şəmsabad şəhərində baş verən yanğında 18 nəfər xəsarət alıb.
“Avantaj.media” xəbər verir ki, vilayət təcili yardım xidmətinin sözçüsü Şarvin Təbrizinin verdiyi məlumata görə, hadisə yerinə dərhal yeddi təcili yardım maşını, bir təcili yardım avtobusu və komanda məntəqəsi göndərilib.
Yaralanan 18 nəfərdən dördü xəstəxanaya yerləşdirilib, qalanlarına isə hadisə yerində tibbi yardım göstərilib.
Təcili yardım xidmətinin sözçüsü yanğın yerində də partlayış baş verdiyini qeyd edib. Partlayış nəticəsində təcili yardım xidmətinin bazasına da ziyan dəyib.
Hazırda hadisənin səbəbləri araşdırılır. Partlayışın səbəbi açıqlanmayıb.
















