Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan fransalı həmkarı Bertrand Buxvalter ilə məhsuldar görüş keçirib.
“Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında ötən ay baş tutan telefon danışığının ruhuna uyğun olaraq, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional inkişaflar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi apardıq”, – deyə diplomat qeyd edib.
















