• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.3° Weather Columbus
$
1.7
€
1.9528
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər… – Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova ağır ittihamlar

22 İyun, 26 / 13:38
A A
Bu gün ekologiya sahəsində hansı qalmaqalı açırsan, hansı regional idarəyə baxırsan, hansı şikayəti oxuyursan, ortada bir ad dayanır – Vüqar Kərimov…
Azərbaycanda illərdir eyni mənzərə təkrarlanır. Hansısa rayonun icra başçısı həbs olunur, hansısa komitə sədri vəzifədən çıxarılır, korrupsiya əməliyyatları keçirilir, dövlət başçısı məmurlara sərt xəbərdarlıq edir. Amma bütün bunlara baxmayaraq, bəzi sahələrdə eyni adlar illərlə toxunulmaz qalır.
Ekologiya sahəsində isə bu adların başında ən çox hallanan şəxslərdən biri Vüqar Kərimovdur. Yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “boz kardinal”ı.
Nazir müavininin adı artıq təkcə idarəçiliklə deyil, illərdir meşələrin talanı, şübhəli təyinatlar, qohumbazlıq, himayədarlıq və gizlədilən qalmaqallarla yanaşı çəkilir. Ən ağır tərəfi isə budur ki, bütün bu ittihamların fonunda nə ciddi araşdırma aparılır, nə də doğru-düzgün cəzalanma var.

Vüqar Kərimovun adı niyə hər qalmaqalda keçir?
Bu gün ekologiya sahəsində hansı qalmaqalı açırsan, hansı regional idarəyə baxırsan, hansı şikayəti oxuyursan, ortada bir ad dayanır – Vüqar Kərimov.
Masallıda meşələr yox olur – adı keçir.
Lənkəranda qanunsuz qırıntılarla bağlı ittihamlar yayılır – adı keçir.
Şəkidə məcburi köçkünlər təzyiqdən şikayət edir – adı keçir.
“Azəryaşlandşaft” ASC-də xaos hökm sürür – yenə adı keçir.
Bu qədər təsadüf ola bilərmi?
Yoxsa ekologiya sistemində illərlə qurulan görünməz şəbəkənin mərkəzində məhz Vüqar Kərimov dayanır?
İddialara görə, regional meşə təsərrüfatlarında əsas təyinatların böyük hissəsi məhz onun razılığı ilə həyata keçirilir. Meşəçilikdən anlayışı olmayan şəxslərin rəhbər postlara gətirilməsi, yaxın çevrələrin strateji vəzifələrə yerləşdirilməsi, cərimələrin gizlədilməsi, qırıntı aktlarının ört-basdır edilməsi ilə bağlı səslənən ittihamlar artıq sosial şəbəkə söhbəti yox, ciddi ictimai narahatlığa çevrilib.
“Azəryaşlandşaft” – dövlət qurumu, yoxsa dost çevrəsi?
“Azəryaşlandşaft” ASC ətrafında baş verənlər isə ayrıca skandaldır. Quruma rəhbərlik edən Cavid Abdullayev ilə bağlı yayılan narazılıqlar aylardır səngimir.
İddialara görə, dövlətin milyonlarla manat ayırdığı yaşıllaşdırma layihələri formal idarə olunur, ərazilərə nəzarət yoxdur, baxımsızlıq hökm sürür. Amma ən ciddi məsələ Cavid Abdullayevin bu posta hansı meyarla gətirilməsidir.

Nazirlik daxilində dolaşan iddialara görə, bu təyinat peşəkarlığa görə yox, şəxsi yaxınlığa görə həyata keçirilib. Həm də “boz kardinal”a. Yəni dövlət qurumu peşəkar kadr siyasəti ilə yox, “öz adamını yerləşdirmə” prinsipi ilə idarə olunur.
Əgər bu iddialar yalandırsa, onda niyə nəticə yoxdur?

Niyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi təşəbbüsü ilə qurulan zeytun bağlarında inəklər gəzir? Niyə dövlətin nümunə layihəsi kimi təqdim olunan ərazilər baxımsız vəziyyətə düşüb?
Niyə milyonlarla manatın nəticəsi ortada görünmür?
Cənub meşələri necə “əriyib” yoxa çıxdı?
Masallı, Cəlilabad və Yardımlı istiqamətində səslənən ittihamlar isə artıq ekoloji fəlakət səviyyəsindədir.
Göytəpə meşəbəyliyində sənədlərdə mövcud görünən 76 hektar meşə sahəsinin faktiki yoxa çıxması barədə iddialar sadəcə səhlənkarlıq deyil. Bu, dövlət sərvətinin məhv edilməsi iddiasıdır.

76 hektar meşə yox olur və heç kim cavab vermir.
Bu qədər böyük ərazi havaya sovrula bilməz. Deməli, ya kimsə susur, ya da kimsə qorunur.
İddialara görə, illərlə bölgədəki qanunsuzluqlar barədə yazılan aktlar gizlədilib, bəzi əməkdaşlar həqiqəti yazdıqları üçün cəzalandırılıb, qanunsuz qırıntılarla bağlı sənədlər ört-basdır edilib.
Ən ağır ittihamlardan biri də budur ki, Vüqar Kərimov qanunsuzluqları sənədləşdirən şəxslərə irad bildirib və “niyə hər şeyi olduğu kimi yazmısan?” deyə narazılıq edir.
Əgər bu, doğrudursa, bu artıq vəzifə məsuliyyətsizliyi yox, dövlətə qarşı sabotajdır.
Nazir müavini ətrafında “toxunulmazlıq” görüntüsü
Ekologiya sistemində artıq açıq danışılan başqa bir məsələ də var: “Boz kardinal” Vüqar Kərimovun ətrafında formalaşmış “toxunulmazlıq” görüntüsü.
İddialara görə, onun yaxın çevrəsinə aid şəxslər müxtəlif regional idarələrdə vəzifələrə yerləşdirilib. Təhsili olmayan adamların yüksək postlara gətirilməsi, vaxtilə qanunsuzluqlara görə işdən uzaqlaşdırılmış şəxslərin yenidən sistemə qaytarılması barədə səslənən məlumatlar cəmiyyətdə ciddi narazılıq yaradır.
Ən təhlükəlisi isə budur ki, meşələrə cavabdeh şəxslərin adları artıq “meşə mafiyası” ifadəsi ilə yanaşı hallanır.
Bu ölkədə ağac əkən insan qəhrəman sayılmalıdır.

Amma indi vəziyyət o yerə çatıb ki, ağacı qorumağa cavabdeh şəxslərin özləri ağacların məhvi ilə bağlı ittiham olunur.
Vüqar Kərimov susduqca suallar böyüyür
Bu gün cəmiyyətin cavab gözlədiyi çox sadə suallar var:
76 hektar meşə haradadır?
Niyə qanunsuz qırıntılarla bağlı iddialar araşdırılmır?
Niyə dövlət meşə fondu torpaqları örüşə və əkin sahəsinə çevrilir?
Niyə illərdir eyni şəxslərin adı qalmaqallarda keçir?
Niyə təhsilsiz və səriştəsiz adamlar mühüm vəzifələrə gətirilir?
Və ən əsası:
Niyə bütün bu iddiaların mərkəzində həmişə Vüqar Kərimovun adı dayanır?

Əgər bu qədər ittiham əsassızdırsa, o zaman nazir müavini açıq danışmalı, ictimaiyyət qarşısına çıxmalı, fakt-fakt cavab verməlidir.
Susqunluq artıq müdafiə deyil.
Susqunluq şübhələri daha da böyüdür.
Bu gün Azərbaycanın ekologiyasını ən böyük təhlükə təkcə iqlim dəyişikliyi deyil.Ən böyük təhlükə kreslosunu dövlətin özündən üstün görən məmur təfəkkürüdür.Elə ulu öndər Heydər Əliyev də o məşhur çıxışı zamanı məhz bu məmur təfəkkürünü nəzərdə tuturdu. “Ağac kəsənlər mənim qollarımı kəsir” deyəndə…
Azfakt.az

 

Bənzər Xəbərlər

Manşet

Gülüş və sevinc dolu gün: “Səhliyalı” uşaqlar üçün xeyriyyə tədbiri təşkil etdi – VİDEO

Sentyabr 11, 2026
Manşet

ŞOK İDDİA ! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

Avqust 25, 2026
Manşet

Dubayda 600 min dollarlıq dələduzluq iddiası – 6 lüks avtomobilin taleyi sual altındadır - VİDEO

Avqust 21, 2026
Manşet

Avantaj.media redaksiyasının BƏYANATI :

Avqust 4, 2026
Manşet

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Bəyanatı

İyul 27, 2026
Manşet

Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir – MEDİA

İyul 1, 2026

XƏBƏR LENTİ

Şiddətli yağışlarla bağlı xəbərdarlıq – DİQQƏT

18 Sentyabr, 26 / 6:31

Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi: “Bir aydır gördüyüm işin pulunu ala bilmirəm”

17 Sentyabr, 26 / 13:13

Qasırğa necə yaranır ? Saatda yüzlərlə kilometr sürətlə hərəkət edən nəhəng fırtınanın sirri

17 Sentyabr, 26 / 8:09

Pepsi haqqında bilmədikləriniz: Dərmandan dünya markasına çevrilən içkinin maraqlı tarixi

17 Sentyabr, 26 / 8:07

Betonu kim kəşf edib ? Min illərdir istifadə olunan tikinti materialının maraqlı tarixi

17 Sentyabr, 26 / 8:04

Həyətinizdə bu ağacları əksəniz, həm eviniz, həm də sağlamlığınız üçün faydalı ola bilər

17 Sentyabr, 26 / 8:02

Qorxduğumuz həqiqətən başımıza gəlir ? Beynimizin qorxu ilə bağlı maraqlı oyunu

17 Sentyabr, 26 / 8:01

Marketdən 114 şokolad oğurladı , həbs olundu

17 Sentyabr, 26 / 7:59

Balaəli Xosrov Maştağalıya butulka atıb ? – Dostundan açıqlama

17 Sentyabr, 26 / 7:57

Hindular haqqında bilmədikləriniz: Dünyanın ən qədim mədəniyyətlərindən birinin sirrləri

17 Sentyabr, 26 / 7:52
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.