Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
Avantaj.media xəbər verir ki , oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən məktəblərdən birinə “Molotov kokteyli” atılıb və binanın əmlakına ziyan dəyib.
Polis hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədovu və tanışı M.Hüseynovu saxlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs həbs edilib.
















