Terr*rçuluqda təqsirləndirilən 8 Azərbaycan vətəndaşına hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi terrorçuluq fəaliyyəti ilə bağlı cinayət işi üzrə 8 nəfərə hökm elan edib.
Vüqar Nəcəfli – 9 il 6 ay
Camal Gözəlov – 9 il 6 ay
Tofiq Yusifli – 8 il 6 ay
Dadaş Həşimov – 8 il 6 ay
Məhəmməd Hüseynli – 13 il
Müşfiq Həşimov – 10 il
Mir Cavad Hüseynli – 12 il 6 ay
Tural Ağayev – 13 il
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslərdən bir neçəsi 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistanın Əfqanıstanla sərhədindəki dağlıq ərazilərdə olub, beynəlxalq terror təşkilatının tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak edib.
Araşdırma zamanı terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsi faktları da müəyyən edilib. DTX-nin xarici tərəfdaş qurumlarla birgə keçirdiyi əməliyyatlar nəticəsində şəxslər xarici ölkələrdə saxlanılaraq Azərbaycana gətirilib.
“Bakues.az”
















